Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Azərbaycanlı deputat Saakaşviliyə vətəndaşlıq verilməsini təklif etdi

Tarix:1-08-2017, 08:44 Baxış Sayı:188

Azərbaycanlı deputat Saakaşviliyə vətəndaşlıq verilməsini təklif etdi

Fərəc Quliyev: “Belə məsələlərdə Saakaşvili və onun kimi liderlərə dəstək olmalıyıq”

Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamkinin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə vətəndaşlıq verilməsi ilə bağlı təklifi Azərbaycanda da gündəm olub. Sabiq prezidentə rəsmi Bakının belə bir təklif etməsinin həm müsbət, həm də mənfi tərəflərinin olacağı ilə bağlı ən müxtəlif fikirlər irəli sürülür.

İlk növbədə, vaxtilə Qərbin dəstəyi ilə hakimiyyətə gələn, prezidentliyi dönəmində Rusiya ilə düşmən münasibətlərində olan, daha çox bu səbəbdən iqtidarını itirən bir şəxsə belə bir şansın verilməsinin şimal qonşumuz tərəfindən qıcıq oyadacağı və bunun Azərbaycan üçün təhlükələr yarada biləcəyi ehtimal olunur. Burada Azərbaycan-Gürcüstan əlaqələrinə də ciddi önəm verilməsinin vacibliyi vurğulanır. Həmçinin Qərb dairələrinin dəstəyini alma baxımından Saakaşviliyə bu cür təklifin müsbət nəticələr verə biləcəyindən söz açılır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, Azərbaycan Gürcüstanın keçmiş prezidentinə qarşı bu addımı ata bilər: “Saakaşvili böyük demokratdır. Hesab edirəm ki, demokratik dəyərləri üstün vəziyyətə gətirməkdə maraqlı olan bütün ölkələr Saakaşvili kimi birisinin onların vətəndaşlığını qəbul etməsini şərəf hissi sayar. Latviya kimi postsovet ölkələrinin Saakaşviliyə münasibətləri təsadüfi deyil.

Картинки по запросу Fərəc Quliyev

Çünki uzun illər rus imperiyasına qarşı mübarizə aparıblar. Saakaşvili də Gürcüstanın Rusiya caynağından çıxması üçün mübarizə aparıb və buna nail olub. Süni münaqişələr yaratmaq istəyən ölkələrin ona münasibəti xoş deyil. Saakaşvili ölkəsini Rusiya təsirindən azad etmək istəyinə nail olan bir şəxsdir. Ona olan münasibət Gürcüstan başda olmaqla, digər dövlətlərdə qıcıq oyatmamalıdır. Saakaşvili bütün şüurlu həyatını Gürcüstan üçün sərf edib. O, ölkəsinin ərazi bütövlüyünü təmin etmək üçün savaş açdı, dövlətinin mənafeyini hər şeydən üstün tutdu. Bu gün Azərbaycan və digər ölkələr ona qucaq açarlarsa, bu ancaq müsbət qarşılanmalıdır. İnanmıram ki, bu gürcü xalqı tərəfindən də mənfi qarşılansın. Çünki Saakaşvili xalqına bağlı bir liderdir. Gürcüstanın mövcud durumunun bu vəziyyətə gəlib çatmasında onun misilsiz xidmətləri var. Ölkəsinin demokratik imicinin formalaşmasında, onun inkişaf etməsində, Qərbə inteqrasiyasında, bir millət olaraq şərəf və ləyaqətinin üstün tutulmasında Saakaşvilinin rolunu necə unutmaq olar? Təbii ki, hər bir ölkə atdığı addımlarda öncəliklə özünün maraqlarını öndə tutur. İstər-istəməz hər bir dövlət digər dövlətlərlə münasibətlərinə kölgə düşməsini istəmir”.

Deputat bu məsələdəki Rusiya amilinə də toxundu: “İstənilən postsovet ölkəsi Saakaşviliyə olan münasibətində öncəliklə Rusiya amilini nəzərə alır. Hesab edirəm ki, Rusiya tərəfindən ərazilərində münaqişələr yaradılmış ölkələr bu məsələdə ortaq siyasət yürütməlidirlər. Rusiyaya qarşı mübarizədə fədakarlıq edən, qəhrəmanlıq nümayiş etdirən istənilən şəxsə qarşı bu dövlətlər ortaq davranmalıdır. Sirr deyil ki, Rusiya bu dövlətləri daim basqı altında saxlayır. Saakaşvili kimi insanları didərgin salmaqla, sıxışdırmaqla rəsmi Moskva o mesajı verir ki, kim bizə qarşı onun kimi davranarsa, aqibəti onun kimi olacaq. Bu baxımdan, bu ölkələr örnək ortaya qoymalıdırlar ki, kim Rusiyaya qarşı mübarizə aparırsa, ərazi bütövlüyü savaşı açırsa, belə insanlara sahib çıxılmalıdır. Belə məsələlərdə Saakaşvili və onun kimi liderlərə dəstək verilməlidir”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL