Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Yaxud, İlham Əliyev hər yerə yetirsə…
Ölkədə tragikomik bir mənzərə yaranıb. Aşırı tərif, bayağı məddahlıq, ürəkbulandıran təbliğat, fantastik bəyantlar, gülməli vədlər meydan sulayır. Hökumət komandasının qeyri-səmimiliyi, gerçəklikdən uzaq açıqlamaları sərhəd tanımır. Məsələ burasındadır ki, hökumətin cəmiyyətə təqdim etməyə məhsulu yoxdur. Heç bir sahədə müsbət göstəricilər yoxdur. Təhsildə, səhiyyədə, hüquq sistemində, iqtisadiyyatda və digər sahələrdə öyünüləsi heç nə qalmayıb. Ona görə də hökumət “qarışqadan fil düzəltmək” taktikasına start verib. Yəni, 25 milyardlıq büdcənin 8-9 milyard səviyyəsinə düşməsinə baxmayaraq, pomidordan, baramadan, fındıqdan gələn 5-3 manatı uğur kimi təqdim edirlər. 121 milyardın axırına çıxanlar, 100-150 milyonluq qazancla bizə “uğurlu siyasət” prtreti göstərməyə çalışırlar. Təbii ki, bu “təqdimetmə mərasimi”ndə ölkə başçısı İlham Əliyevin təqdimatı xüsusi çəkiyə malik olur və heç bir əndazə tanımır.
Belə ki, hər gün İlham Əliyevin hanısısa sahənin inkişafıyla bağlı sərəncamlar imzaladığının, fərmanlar verdiyinin şahidi oluruq. Demək olar ki, inəyin bala verməsindən tutmuş, badımcanın çiçək açmasına qədər bütün priosesləri İlham Əliyev nümunəsiylə əlaqələndirirlər. Bələdiyyənin, icra hakimiyyətinin, təhsil nazirliyinin, JEK-in, polis idarələrinin, suvarma sisteminin, park salmanın, yol çəkmənin, hasar sökmənin, hamam tikmənin “yol xəritəsi”ni İlham Əliyev çəkəcəksə, bütün bu qurumların fəaliyyəti İlham Əliyevin ağzına baxmaqdan ibarətdirsə, o zaman bu qədər quruma nə ehtiyac var? İlham Əliyev qeyri-adi istedada, bugünə qədər görünməmiş bacarığa, universal biliyə, superintellektə malikdirsə yüzlərlə qurum niyə fəaliyyət göstərir? Bütün normal ölkələrdə bələdiyyənin, yerli icra orqanlarının gördüyü işləri lham Əliyev görürsə, kəsməli olduğu lenti İlham Əliyev kəsirsə büdcədən bu qədər milyonlar niyə ayrılır?
Əslində, İlham Əliyevə verilən tərifin barıtının bu qədər çox olması, nəticə etibarilə dövlətin özünü gülünc vəziyyətə salır. Bu ölkədə hamı başa düşür ki, bütün bu təbliğatın kökündə həqiqət dayanmır. Hamı hökumətin mahiyyətini başa düşür və sadəcə ikrah hissiylə yanaşır. Əgər ölkənin vitse-spikeri “bütün dünya bizim prezidentə paxıllıq edir” bəyanatı verirsə, rəsmi təbliğatın “İlham Əliyev bütün dövlət strukturlarını əvəz edə bilər” mesajı təbiidir.
Bir daha təkrar edirik ki, İlham Əliyev bu ilahi gücə sahibdirsə, o zaman büdcədən milyardlar ayrılan qurumlar ləğv edilsin. Bizim “milli supermen”imiz varsa, xırda-xurda strukturlara ehtiyacmız yoxdur.
Ya da, bu gülməli, eyni zamanda ağlamalı təbliğata son qoyub, normal idarəçilik relsinə düşmək laızmdı. İlham Əliyevlə bağlı bu fantastik təbliğat, bütün dünyada da gülüşlə qarşılanır. Real islahatlardan imtina edib, imitasiya ilə məşğul olmaq, ölkəni həqiqətən də ağlamalı günə qoyub. Hamı gördü ki, bu yekə “inkişaf səbəti”ndən, səfalət töküldü və tökülməyə davam edir.