29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Əfqan Muxtarlı: “Emin Milli Avropada olduğu üçün, ona əlləri çatmadığından mənim həbsimi sifariş ediblər”
AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 2 ay uzadılıb. Bu barədə avqustun 17-də Nəsimi rayon məhkəməsində qərar qəbul olunub.
G.Bayramlının və Ə.Muxtarlının həbs müddətini istintaq dövrü üçün uzatmaq barədə məhkəməyə Baş Proqkurorluq təqdimat verib. Təqdimata Nəsimi məhkəməsində hakim Babək Pənahov baxıb.
Məhkəmədə təqsirləndirilən şəxsləri vəkillər Elçin Sadıqov və Nemət Kərimli təmsil edib.
Vəkil E.Sadıqov prokurorluğun təqdimatına qarşı çıxıb. O, deyib ki, hər iki təqsirləndirilən şəxsin səhhətində ciddi problemlər var. Vəkil həmçinin bildirib ki, istintaq dövründə G.Bayramlı və Ə.Muxtarlının həbsdə tutulmasından ötrü qanunvericilikdə təsbit edilən əsaslar da mövcud deyil.
Ancaq prokurorluq nümayəndəsi vəkillərin arqumentlərinin əsaslı olmadığını bildirib. O, iddia edib ki, təqsirləndirilən şəxslər istintaq dövründə həbsdə saxlanılmazsa, istintaqın obyektiv aparılmasına maneə yarada bilərlər.
Məhkəmə prokurorluq nümayəndəsinin iddiasını əsaslı sayaraq, G.Bayramlı və Ə.Muxtarlının həbs müddətini 2 ay uzadıb.
Ayrı-ayrılıqda keçirilən proseslərdə G.Bayramlı və Ə.Muxtarlı da çıxış edib.
Vəkillərin deməsinə görə, Gözəl Bayramlı saxlanması, ona cinayət işi açılması olaylarının başdan-ayağa qurama olduğunu, ondan siyasi fəaliyyətinə görə, qisas alındığını bildirib. O, Azərbaycan məhkəmələrindən ədalət gözləmədiyini də ifadə edib.
“Bütün dünyada məhkəmələr əslində ədalət yeridir. Ancaq Azərbaycandakı məhkəmələrdə ədalət yoxdur”, – vəkillərinin deməsinə görə, G.Bayramlı bildirib.
“Mən 1993-cü ildən Əliyev hakimiyyətinin qanunsuzluqları ilə mübarizə aparıram. Jurnalist kimi Azərbaycandakı korrupsiya və hakim ailənin biznesini ifşa edən araşdırmalar aparmışam, yazılar yazmışam. Mənim son dövrdəki yazılarım əsasən Əliyev hakimiyyətinin korrupsioner mahiyyətinin ifşa olunduğu Meydan TV-də dərc olunub. Meydan TV-nin qurucusu Emin Milli Avropada olduğu üçün, ona əlləri çatmadığından mənim həbsimi sifariş ediblər. Emin Milli ilə əməkdaşlıq etdiyim üçün, onunla dost olduğumdan məndən qisas almaq qərarına gəliblər. Həbsimi birbaşa İlham Əliyev sifariş edib”, – vəkilinin bildirməsinə görə, jurnalist deyib.
Vəkillərdən E.Sadıqov AzadlıqRadiosu-na deyib ki, hər iki şəxs barəsində seçilmiş həbs tədbirinin sağlıq durumlarına görə ev dustaqlığı ilə əvəz edilməsindən ötrü məhkəməyə müraciət edəcək.
Vəkilləri Ə.Muxtarlıda mədə, ürək ağrılarının olduğunu bildirirlər. Onların deməsinə görə, jurnalist 20 kiloqramdan çox çəki itirib. AXCP sədrinin müavini G.Bayramlının isə hər iki dizində şiş olduğu söylənir. Vəkillərinin bildirməsinə görə, xanım siyasətçi çətin hərəkət edir və bir dəfə təcridxanada yıxılıb. Hər iki təqsirləndirilən şəxs təcridxanada həkim müayinəsindən keçirilib.
Məhkəmə iclaslarından sonra onların vəkilləri qərarla razılaşmadıqlarını, yuxarı məhkəmə instansiyasına şikayət edəcəklərini bildirdilər.