Anons

10-02-2024, 15:59- Putinin Karlsona müsahibəsi propaqanda platforması kimi tənqid olunur

10-02-2024, 14:22- Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibinin Azərbaycanda prezident seçkilərinə dair bəyanatı

2-02-2024, 09:58- ATƏT DTİHB: ‘…Digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti dəstəkləyib’

30-01-2024, 17:57- Azərbaycana avtomobil gətirənlərin xərci 2 dəfə artıb

30-01-2024, 13:39- Məhkəmə fəalın apellyasiya şikayətini təmin edib

25-01-2024, 17:01- AŞPA-nın qərarının təsiri: Azərbaycan müxalifəti nəticələr haqqında düşünür

25-01-2024, 12:54- AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında liderdir

22-01-2024, 16:11- Rusiya Qərbi Rusiyanın aktivlərinin dondurulmasına cavab olaraq 288 milyard dollar itki ilə hədələyir

22-01-2024, 14:30- Hafiz Babalı onu gözdən salan KİV-i məhkəməyə verəcək

22-01-2024, 13:59- Başqırdıstan etirazlarına görə dörd nəfərə ittiham verilib

19-01-2024, 12:34- Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

19-01-2024, 10:58- Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

17-01-2024, 16:00- Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

17-01-2024, 14:07- Ermənistan siyasətçiləri məyusdurlar: ‘Əliyev yeni müharibəyə hazırlaşır’

17-01-2024, 13:56- Ötən ilin yekun iqtisadi göstəriciləri açıqlanıb

16-01-2024, 16:25- ‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

16-01-2024, 11:54- Tramp Ayovada praymeriz seçkilərini udur

16-01-2024, 11:53- Jurnalist Şahin Rzayev həbs edilib

12-01-2024, 14:52- ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

12-01-2024, 10:31- Britaniyanın baş naziri Kiyevdədir

Haqqımızda Əlaqə

Hakimiyyətin Əli Kərimliyə qarşı hücumuna ictimaiyyətdən sərt etiraz

Tarix:21-08-2017, 08:24 Baxış Sayı:152

Hakimiyyətin Əli Kərimliyə qarşı hücumuna ictimaiyyətdən sərt etiraz

Yola saldığımız həftə hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı növbəti total hücum kampaniyası ilə yadda qaldı. Buna səbəb isə güman ki, AXCP sədrinin feysbuk səhifəsindən yaydığı son videomüraciət oldu. Əli Kərimli xalqa müraciətində özünün və ailəsinin maliyyə vəziyyətinə dair hesabat verib və ölkə başçısı İlham Əliyevi də hesabat verməyə çağırıb. O, özünə qarşı hakimiyyətdən qidalanan “övladlarının təhsil xərcini necə ödəyir, nəyin hesabına yaşayır” kimi suallara detallı şəkildə aydınlıq gətirərək, İ.Əliyevdən də ailəsinin milyardlarla dollarlıq sərvətə necə sahib olduğuna cavab istəyib.

Bu videomüraciətdən sonra Ə.Kərimliyə qarşı hakimiyyətin bəslədiyi media resurslarında ağlasığmaz təxribata əl atdılar. Ona yaxın olan bəzi şəxslərin adından ittihamlar uydurub, yaydılar. Bu uydurulmuş açıqlamaları həmin şəxslər təbii ki, dərhal təkzib etdilər. Lakin hakimiyyət sərəncamındakı resurs və adamları Ə.Kərimli əleyhinə bu saxtakarlıq üzərindən hücum kampaniyasına səfərbər etdi.

Hakimiyyətin bu aşkar həysızlıq əlaməti olan hücumu fəal ictimaiyyətin sərt və geniş etirazı ilə qarşılanıb. Etirazlar təbii ki, sosial mediada, əsasən də feysbukda ifadə olunur. Ölkənin tanınmış ictimaiyyət xadimləri, ziyalıları AXCP sədrinin növbəti dəfə haqsız və əsassız yerə hədəf alınmasını pisləyən mövqe açıqlayıb və açıqlamaqda davam edir. Onlardan bir neçəsini təqdim edirik:

Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli:

Bunlar bu günlərdə elə bir yalana əl atdılar ki, Göbbels paxıllıqdan gorunda fırfıra kimi fırlandı. Əli Kərimlinin iki yaxın adamı- sürücüsü Paşa Umudov və AXCP Məclis üzvü Kərim Mehdiyevin adından Əli bəyi “ifşa edən”, böhtan və yalanlarla dolu yazılar yazdılar və utanmadan, qızarmadan, həya etmədən bunu özlərinin artıq başdan-başa sarılaşmış mətbuatında yaydılar. Nəinki əzəldən mahiyyəti üzrə “publiçniy” işlərlə məşğul olan tərbiyəsiz saytlar, hətta az-çox mətbuat adına iddialı olan “Lent.az” kimi KİV-lər də bu çirkaba bulaşdı, absurdun və həyasızllığın zirvəsini fəht etdi. Əli bəy haqqında tənqid yazmaq olmazmı? Əlbəttə, olar. Onu yaxın ətrafı tənqid edə bilməzmi? Əlbəttə, edə bilər. Amma məsələnin absurd yönü odur ki, nə Paşa bəy, nə Kərim bəy belə yazılar yazııb, ikisi də bu gün də Əli bəyi yanındadırlar və onların adından yazılan bu “etirafları” qətiyyət və qəzəblə təkzib edirlər. Paşa bəylə hər həftə Milli Şuranın Koordinasiya Mərkəzinin iclaslarında görüşürük, baş verənləri müzakirə edib gülürük. Kərim bəy hal-hazırda ölkədə olmasa da fb səhifəsindən bu əxlaqsızlığı edənlərə öz sərt və kəskin cavabını verib. Amma bir anlığa düşünün- görün dövlət hakimiyyəti adına iddialılar bu hakimiyyətin səviyyəsini hansı diblərə salıblar ki, canlı, həyatda olan, bu gün də Əli bəylə birlikdə mübarizə aparan insanların adından belə çirkablar yayırlar. Çünki, ölkədə müstəqil mətbuatın bircə nümunəsinin də olmadığına, mətbuat azadlığını kökündən məhv etdiklərinə arxayındırlar. Bu rüsvayçılıqları ifşa etmək üçün hələlik əlimizdə yeganə bir vasitə- facebook imkanı qalır. Şübhəsiz ki, şanlı hakimiyyətimiz onu da tezliklə qapatmağa, ən azından, məhdudlaşdırmağa hazırlaşır. Qoy olsun. Mətbuat azadlığı imitasiyasındansa, sərt, acı gerçəklik yaxşıdır. Qoy sosial şəbəkələri də qapatsınlar və real mahiyyətlərini dünyaya təqdim etsinlər. Bunun ardınca…Rusiya, İran və Şimali Koreya şər üçbucağının kvadrata çevrilməsi prosesi gələcək. Əminəm ki, analoqu olmayan hökumətimiz bunu da bacaracaq, bu “tarixi uğur”a da imza atacaq!

Yazıçı Araz Gündüz:

Azərbaycan iqtidarının getdikcə güclənən repressiyaları can qorxusundan yaranan bir davranışdır: törətdikləri cinayətlərin miqyasını, dəhşətli dərəcədə böyüklüyünü və ən ağır cəzaya layiq olduğunu çox yaxşı anlayırlar, buna görə də, haqqa doğru dikələn başları əyməyə, doğrunu danışan dilləri susdurmağa çalışırlar. Öz qorxularını qorxu yaratmaqla toxtatmaq istəyirlər.
Ölkədə heç bir xüsusi, məmur öbaşınalığı deyilən bir olay yoxdur, mövcud iqtidarın talan və oğurluq tapşırıqlarını canla-başla yerinə yetirən qulluqçularıdır məmurlar və bu gördükləri işdən öz paylarını da götürürlər sözsüz.
Ölkədəki mövcud faciəli duruma qarşı ən kəskin, aydın və birmənalı münasibəti ortaya qoyan iki tanınmış lider var: Əli Kərimli və Cəmil Həsənli. Nala-mıxa döymədən, sözü yastılamadan, hər şeyi öz adı ilə cağırmaqla sözlərini deyir, xalqı ayıq olmağa çağırırlar. Bu iki liderə qarşı yersiz və qərəzli qarayaxmalara əl atan istənilən məxluqun dönük, satqın və vicdansız olacağına şübhəm yoxdur. Alışdığımız dillə desəm, bu adamlar vicdanını pula satmış siyasi fahişələrdir və onların zaman-zaman, göstərdikləri pozğunluğa görə yuxarı başa dartılıdığı, ağa süfrəsinin qırınqırtıları ilə yemləndiyini də az görməmişik.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı:

Əli Kərimli ölkənin ən güclü müxalif siyasətçilərindən biridir. Uzun illərdir və ən ağır şərtlər altında öz tərəfdarlarıyla birlikdə siyasi mübarizəsinə davam edir. Hər zaman siyasi opponentlərinin ən kəskin və çox zaman təəssüf ki, siyasi və adi məişət əxlaqı çərçivəsinə sığmayan hücumlarına məruz qalmasına baxmayaraq öz siyasi nüfuzunu nəinki qoruyub, artırıb yetərincə.
Əli Kərimli hakimiyyəti korrupsiyada, yarıtmaz və böhranyaradıcı iqtisadi, siyasi, sosial siyasət aparmaqda kəskin, ardıcıl və mütəmadi tənqid edən şəxslərdəndir.
Sözsüz ki, tənqid olunmalıdır siyasi xadim kimi. Ən kəskin tənqidlərə də açıq olmalıdır.
Amma görünən odur ki, Ə.Kərimliyə hücumlar çox hallarda xüsusi tapşırıq, xüsusi maliyyə və təşkilati dəstəklə həyata keçirilir.
Əli Kərimlinin “tənqidçilərinin” bir çoxunun parlament mandatı, bu və ya digər mükafatlar aldığı da göz önündə.
Bu bir çoxlarıyçün stimullaşdırıcı rol oynayır.
Amma tənqid haqlı və ədalətli olmadığından əks effekt doğurduğu da göz önündə.

Küçmiş siyasi məhbus, Müsavat başqanının müavini Tofiq Taqublu:

Qanunsuz,oğru, quldur, həyasız, təslimçi bir rejimin və ona layiq əlaltılarının Əli Kərimliyə qarşı növbəti hücumu çox iyrəncdir. Amma narahat olmağa dəyməz, hücum edənlərin və hücum edilənin kim olduğunu hamı yaxşı bilir və yaxın gələcəkdə tarix bunu öz rəsmi möhürü ilə təsdiqləyəcək.

Politoloq Ramiz Yunus:

Mən hər ikisini əla tanıyıram – İlham Əliyevi də, Əli Kərimlini də. İlham Əliyevlə təxminən 30 ildir tanışam və yaxşı xatırlayıram ki, Qarabağda müharibə başlayanda o, Moskva-İstanbul reysi ilə xırda alverlə məşğul idi. Əli Kərimli ilə də təxminən 25 ildir şəxsi tanışlığım var – o, könüllü batalyonla birlikdə Qarabağda olan vaxtlardan. Biz onunla həmçinin o vaxtkı hökumətdə birgə işləmişik və o, dövlət katibi kimi özünü çox ləyaqətli aparırdı. Mən Əli Kərimli kimi həqiqi vətənpərvərlə İlham Əliyev kimi psevdopatriot arasında fərqi yaxşı bilirəm. Buna görə də bu gün Əli Kərimlini müdafiə etməyə və ona qarşı təxribatlara etiraz etməyə çağırıram.

Hakimiyyətin Ə.Kərimliyə hücumuna sosial şəbəkədə etirazlar davam edir və təbii ki, bu etiraz dalğasında AXCP fəalları və tərəfdarlarının iştirakı daha qabarıq görünür.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL