Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Bu gün, Əfqan Muxtarliya qanuni maraq kəsb edən şəxslərlə və qohumlarla görüşə izn verilməməsiylə bağlı Sabunçu Rayon Məhkəməsinin qərarindan verdiyi şikayətə baxilib.
Bu barədə məlumatı vəkil Elçin Sadəqov yayıb.
Məhkəmə Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilib. Hakimlər qabaqcadan münasibət bildiriblər. Hakimlərin fikrincə, qanunvericilikdə qanuni maraq kəsb edən şəxs dedikdə, mülkü işlərdəki qarşı tərəf başa düşülür və hazırda müraciət edən şəxslər qanuni maraq kəsb edən şəxslər hesab edilə bilməzlər. Hakimlər əlavə olaraq bildiriblər ki, qohumlar oz görüş səlahiyyətləri ilə bağlı başqalarına etibarnamə verə bilməzlər.
Vəkil Elçin Sadıqov hakimin oncədən münasibət və qərar verməsinə etiraz etdiklərini söyləyir. Vəkillər həmçinin məhkəmə tərkibinə də etiraz ediblər, lakin bu etiraz təmin olunmayıb.
Daha sonra, vəkillər Konustitusiya Məhkəməsinə sorğu göndərilməsiylə bağlı vəsadət qaldırıblar ki, qanuni maraq kəsb edən şəxs məsələsini şərh etsinlər.
Vəkilin fikrincə, həbsdə saxlanilan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi haqqında qanunun 15 ci maddəsində göstərilir ki, həbsdə saxlanılan adam, qanuni maraq kəsb edən şəxslərlə həm telefon əlaqəsi saxlaya bilər, həm də onlarla görüşə bilər.
Məhkəmə vəkillərin Baki Şəhər İstentaq Təcridxanasının işə cəlb olunmasıyla baglı verdikləri vəsadəti də təmin etməyib.
Daha sonra, məhkəmə Eçin Sadıqovun Əfqan Muxtarliyla görüşünə izn verilməməsiylə baglı işə baxıb və vəsadəti təmin etməyib.
Vəkil butun bu qanunsuz qərarlarla bağlı, Avropa Məhkəməsinə müraciət edəcəklərini söyləyib.