Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Əbülfəz Elçibəy məzarı başında anıldı

Tarix:23-08-2017, 08:04 Baxış Sayı:297

Əbülfəz Elçibəy məzarı başında anıldı

Milli azadlıq hərəkatının lideri, AXC-nin sədri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 17 ili tamam oldu

Avqustun 22-si Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri, eks-prezident Əbülfəz Elçibəyin anım günü idi.

Xatırladaq ki, Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub. 1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.


Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.


Ə.Elçibəyin anım günü onun məzarı başında anılıb.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin üzvləri, rayon təşkilatlarının sədrləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Partiyanın mətbuat xidmətinin məlumatına görə, Fəxri Xiyabanda Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı keçirilən aksiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb. O, Əbülfəz Elçibəyin xalqını, millətini, dövlətini və vətənini təmənnasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən siyasət adamı olduğunu deyib: “Onun ideyalarını BAXCP olaraq biz bu gün də yaşadırıq və yaşadacağıq. Əbülfəz Elçibəyin xatirəsi hər zaman əziz tutulacaq və ehtiramla anılacaq”.


Sosial şəbəkələr vasitəsilə yayılan məlumata görə, Ə.Elçibəyin məzarını Müsavat Partiyası, AXCP, KXCP və digər siyasi təşkilatlar, həmçinin Elçibəysevər sıravi insanlar ziyarət edib, onun ruhuna dua oxuyublar, Türk dövlətlərinin bayraqları ilə bəzədilmiş məzarı üstünə güllər düzüblər.


Ə.Elçibəyin anım günündə onun ailə üzvləri ilə danışmaq istəsək də, bu, mümkün olmadı. Silahdaşları isə onunla bağlı xoş sözlər söylədilər.


“Azərbaycan var olduqca Əbülfəz Elçibəy var olacaq və adı M.Ə Rəsulzadə ilə qoşa çəkiləcək. Artıq Rəsulzadə-Elçibəy yolu deyilən Azərbaycanın parlaq gələcəyini təmin edəcək yol xəritəsi də var”. Bu fikirlər Elçibəyin silahdaşlarından biri, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə məxsusdur. O, “Yeni Müsavat”a bildirdi ki, Əbülfəz Elçibəy fenomeni zaman-zaman təhlil olunur və olunacaq da: “Onun mahiyyəti, onun ciddi taktik və strateq olduğu artıq ciddiliyi ilə qəbul olunmaqdadır. Bu hakimiyyətin də mahiyyəti çılpaqlığı ilə ortadadır. Əbülfəz Elçibəy hakimiyyəti niyə verdi sualına da ən dəqiqliyi ilə aydınlıq gəlməsi ərəfəsini yaşamaqdayıq”.

Z.Məmmədlinin sözlərinə görə, illərdir müzakirə və mübahisələrə səbəb olan və bitməyən Kələki hicrəti ayrıca dəyərləndiriləcək: “Bugünkü Azərbaycanın istiqlalının var olması hələ bəzilərinin dərk etməkdə çətinlik çəkməsinə baxmayaraq, cəsarətlə deyə bilərəm ki, məhz Əbülfəz Elçibəyin o dövr üçün yeganə düzgün qərar qəbul etməsi ilə bağlıdır. Əbülfəz Elçibəyin atdığı addımlar Azərbaycanın istiqlalı naminə atılmış addımlardır. Təbii, yorucu bir mərhələni keçdik. Elçibəyin varlığını özlərinə maneə bilənlər də Elçibəy yolunun alternativsizliyinə inanmaqdadırlar. Bu gün ağır şərtlər altında siyasət meydanında milli azadlıq insanlarının yenə də Azərbaycan deyərək var olmasında, milli demokratik mübarizə meydanı dar da olsa siyasi partiyaların var olmasında prezident Elçibəyin unikal gedişinə minnətdar olmalıdırlar. Bu gün istiqlalımıza son qoymaq üçün Rusiya əlaltıları ilə iş başındadırlar. Amma hamı bilməlidir, dərk etməlidir ki, bu, mümkün olmayacaq. Çünki Elçibəy məktəbini keçən və ondan qidalanan yüz minlər, milyonlar var. Ölüm haqdır. Bəyin ruhu şad olsun! Düşünürəm ki, mən Bəyi, onun mənəvi-ruhani dünyasını dərindən bilir və dərk edirəm. Onun ruhu bizi mənəvi birliyə, səfərbərliyə, milli müqavimətə, demokratiya və bütövlük uğrunda son və qəti qələbəyə səsləyir”.


AXC İdarə Heyətinin ilk üzvlərindən olmuş, həmçinin Elçibəy iqtidarında diplomatik vəzifə daşımış Hikmət Hacızadə isə 1 illik AXC hakimiyyəti dönəmində (8 Iyun 1992 - 15 Iyun 1993) Ə.Elçibəyin gördüyü işləri sadaladı: “Budur Elçibəyin 1 illik hakimiyyəti zamanı etdikləri: 1 illik Elçibəy hakimiyyəti dönəmində Milli Ordu yaradıldı, sərhədlərimiz yaradılmış Milli Sərhəd Qoşunları tərəfindən qorunmağa başlandı, sovet respublikaları arasında rus ordusu ilk olaraq Azərbaycan Respublikası ərazisindən çıxarıldı (25 may 1993), - pambıq yığımına əhalinin zorla məcbur edilməsi praktikasına son qoyuldu; müəllimlərin maaşları kəskin şəkildə artırıldı, milli azlıqların hüquqları (dil, tarix, mədəniyyət) ilə bağlı fərman imzalandı, Azərbaycan türklərinin kimliyi, tarixi və mədəniyyəti bərpa olundu, qəbul imtahanlarında rüşvətə son qoyan test sistemi tətbiq olundu, bütün siyasi partiyalar qeydə alındı; məscidlər dindarlara qaytarıldı, bütün qəzetlərə rəsmi fəaliyyət icazəsi verildi; milli valyuta - manat dövriyyəyə buraxıldı; latın əlifbasına keçid təmin olundu; latın əlifbasında 70-ə qədər dərslik buraxıldı; kənd əhalisinə torpaq paylanmasına başlandı”.1992-ci il iyunun 12-si ilk dəfə olaraq Dağlıq Qarabağda irimiqyaslı hərbi əməliyyatlar başladı; Ağdərə bölgəsi, Goranboy ərazisi, Laçının 33 kəndi, Cəbrayılın 10 kəndi erməni və rus silahlı birləşmələrindən təmizləndi, Brüsseldə Avropa İttifaqı Dağlıq Qarabağa dair ilk bəyanat qəbul etdi (22 may 1992-ci il)" H.Hacızadə qeyd etdi ki, Kəlbəcər rayonu rus-ermeni hərbi birləşmələri tərəfindən işğal olunduqdan sonra BMT Təhlükəsizlik Şurasının ilk qətnaməsi də - 822 nömrəli - o dövrdə qəbul olunmuşdu: “Həmçinin Qarabağ müharibəsi zamanı genişmiqyaslı uğurlu hərbi əməliyyatlar aparıldı (13 iyun 1992); Ermənistanı ilk təcavüzkar ölkə kimi tanıyan təşkilat ”İslam Konfransı Təşkilatı" oldu (17 iyun 1992)".


Ə.Elçibəyin hazırda Türkiyədə yaşayan kürəkəni Aqil Səmədbəyli isə açıqlamasında aşağıdakıları bildirdi: “Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın halal seçki ilə seçilən ilk və hələlik son ədalətli cümhurbaşqanı Əbülfəz Elçibəyin əbədiyyətə qovuşmasından 17 il keçdi. Bu 17 ildə qaranlıq qalan çox mətləblər aydınlığa qovuşdu. Kimlərəsə qaranlıq qalan məqamlar varsa, bəlli zaman sonra onlar üçün də hər şey aydın olacaq. Özünün dediyi kimi, ”Hər şeyin zamana ehtiyacı var". Liderlik Tanrı tərəfindən verilən bir özəllikdir. Bu, mənim fikrim deyil, liderlik mövzusunda aparılan araşdırmaların elmi nəticəsidir. Liderlik öyrənilmir, Lider doğulur! Təkbaşına bir millət idi Elçibəy. Bir açıqlaması ilə bir neçə böyük dövləti birdən təşvişə salacaq qədər güclü bir millət! İndi yeri necə də görünür. Dahilərin taleyi belədir - zamanı çox qabaqladığı üçün, öz zamanında hətta yanında olanların çoxu belə, onu alaya bilmir. İndi onun böyüklüyü dərk olunmağa başlayıb. Hələ bu başlanğıcdır... Zamanla hər kəs dərk edəcək. Qurtuluşumuz o zaman olacaq! Onunla bütünləşəndə!"

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL