Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Türkiyə-Almaniya gərginliyi pik nöqtədə

Tarix:23-08-2017, 10:27 Baxış Sayı:218

Türkiyə-Almaniya gərginliyi pik nöqtədə

Ekspertlər hər iki dövlət arasındakı gərginliyin hələ bir müddət də davam edəcəyini düşünürlər

Türkiyədə ötən ilin 15 iyulunda baş verən qiyamdan sonra gərginləşən Türkiyə-Almaniya münasibətləri son günlərdə daha da pisləşib. Türk əsilli alman yazıçısı Doğan Axanın rəsmi Ankaranın tələbi ilə İspaniyada həbsi və ardınca Almaniyanın tələbi ilə şərti olaraq azad edilməsi hər iki ölkə arasındakı narazılıqları pik həddə çatdırıb.


Artıq rəsmi Berlin qardaş ölkəyə qarşı təzyiqləri artırmaq üçün hərəkətə keçib. Belə ki, Almaniya Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) və hökumətə yaxın şirkətlərə maliyyə dəstəyini dayandırmağı planlaşdırır. Axar.az “Döç Velle” istinadən xəbər verir ki, alman rəsmiləri bu çərçivədə Avropa İnvestisiya Bankı (AİB) tərəfindən verilən kreditləri yenidən nəzərdən keçirəcək. Türkiyənin da adekvat addımları gecikmir. Prezident Rəcəb Tayyib Ərdoğan gələn ay Almaniyada keçiriləcək kansler seçkilərində bu ölkədəki türkləri 3 siyasi partiyaya-Xristian Demokratlar, Sosial Demokratlar və Yaşıllar partiyalarına səs verməməyə çağırıb.


Qeyd edək ki, Almaniyada yaşayan 3 milyona yaxın türkdən 1.5 milyonu həmin ölkənin vətəndaşı olaraq seçki hüququna malikdir. Keçirilən sorğulara əsasən, 61.5 milyon seçici arasında bu nüfuzun səsləri nəticələrə ciddi təsir göstərməsə də, Almaniyada yaşayan türklərin seçim imkanlarını kiçildib. Ərdoğanın 3 siyasi partiyaya səs verməməklə bağlı çağırışından sonra türk əsilli vətəndaşlara seçmək üçün geriyə 3 siyasi partiya - Almaniya Solçular Partiyası, Azad Demokratlar Partiyası və Almaniya Alternativ Partiyası qalır. Solçular Türkiyəni ən çox və sərt şəkildə tənqid edən partiyalar sırasında gəlir. Azad Demokratlar isə hər fürsətdə Türkiyə ilə danışıqların dayandırılmasını tələb edir. Almaniya Alternativ Partiyası da İslam dini və xaricilərə qarşı olması ilə tanınır. Belə gərgin vəziyyətdə türk seçicilərin mövqeyi maraqla gözlənilir.


Ekspertlər hər iki dövlət arasındakı gərginliyin hələ bir müddət də davam edəcəyini düşünürlər. İstənilən halda bu gərginliyin hər iki ölkənin zərərinə olduğu qeyd olunur.


Politoloq Elxan Şahinoğlu tarixən rəsmi Berlinin Türkiyəyə işinin düşdüyünü bildirdi: “Vaxtilə strateji tərəfdaş olan Almaniya və Türkiyə faktiki olaraq hazırda düşmən ölkələrə çevriliblər. Bunun da əsas səbəbi Almaniya hakimiyyətinin yürütdüyü siyasətidir. Tarixən Almaniyanın hər zaman Türkiyəyə işi düşüb. Türkiyə Birinci Dünya müharibəsinə məhz Almaniyanın istəyi ilə qoşulub və nəticədə böyük Osmanlı imperiyası dağılıb. İkinci Dünya müharibəsindən sonra Almaniya yenidən Türkiyəyə minnətçi düşdü. Müharibə almanların insani itkilərini artırmışdı və Almaniyaya işçi qüvvəsi lazım idi. Milyonlarla türk Almaniyaya işləməyə getdi. Almanlar türkləri ən ağır işlərdə işlətdilər, sənayelərini dirçəltdilər. İndi üstündən illər keçdikdən sonra Almaniya Türkiyə əleyhinə ard-arda addımlar atır. Birincisi, Türkiyənin Avropa Birliyinə üzvlüyünün ən qatı əleyhidarı məhz Almaniyadır. İkincisi, Almaniya illərdir Türkiyə və türk əleyhidarlarının məskunlaşma yerinə çevrilib. Almaniya Türkiyədə ötən il çevriliş cəhdi həyata keçirmək istəyən və 200 nəfərdən çox insanın qətlinə yol açan Fətullah Gülənin şəbəkəsi üçün də ən rahat məskəndir. Üçüncüsü, Almaniya parlamenti ”erməni soyqırımını" tanıyan qətnamə qəbul etdi. Almaniya bu ölkədə yaşayan 4 milyona yaxın türkü görməzlikdən gələrək Ermənistanın və dünyadakı erməni lobbisini sevindirdi. Dördüncüsü, Almaniya rəsmiləri türkiyəli rəsmilərin səfərlərinə qadağa qoydular. Almaniya kansleri Angella Merkel Türkiyənin indiki hakimiyyəti ilə bütün körpüləri yandırıb və inanmıram ki, yaxın illərdə münasibətlər normallaşsın. Çünki Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan nə qədər Almaniyadakı türklərə müraciətində hakim partiyaya səs verməməyə çağırsa da, Merkelin partiyasının sentyabr ayındakı parlament seçkisində qələbə çalması ehtimalı yüksəkdir. Bu isə o deməkdir ki, Merkel bir neçə il də ölkəsinin kansleri olacaq".


Politoloq yaxın vaxtlarda münasibətlərin düzələcəyinə ümid etmir: “Yaxın illərdə Almaniya kansleri Angella Merkel, Türkiyənin Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan olacaq. Bu isə o deməkdir ki, münasibətlərin normallaşacağını gözləmək problematikdir. Berlin nə PKK-çıları, nə də fətullahçıları Türkiyəyə təhvil verəcək. Almaniyalı rəsmilər biznesmenlərə Türkiyəyə yatırım qoymamağa, vətəndaşlarına isə Antalyada dincəlməməyi məsləhət görürlər. Buna baxmayaraq, alman kapitalı Türkiyədə özünü rahat hiss edir və bu böyüklükdə bazarı tərk etməyəcək”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL