Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Türk mənşəli erməni adları...

Tarix:29-08-2017, 09:32 Baxış Sayı:204

Türk mənşəli erməni adları...

Kardaşyan, Köçəryan kimi adlar qoymaqda ermənilərin niyyəti nədir; Firudin Cəlilov: “Onların çoxu dönmə ermənidir”


Erməni dilində şəxs adlarına və sözlərə diqqət yetirəndə türk dillərinə yaxın ifadələrə rast gəlirik. Ötənlərdə də bu məsələ müzakirə mövzusu olub, indi də bu, aktuallığını qoruyub saxlayır. Buna səbəb də hiyləgər xalqın adqoymada türk adlarına oxşar adları qoymalarıdır. Robert Köçəryan, Kim Kardaşyan və bu tipli çoxsaylı erməni adlarını misal çəkə bilərik. 
Türkoloqlar bildirirlər ki, əslində burada da məkrli erməni planı var. Bununla ermənilərin türk adlarını özününküləşdirmək və ənənəvi olaraq iddialarını irəli sürdükləri türk torpaqlarında yaşadıqlarını göstərmək istəyirlər.


Sabiq təhsil naziri, tanınmış türkoloq Firudin Cəlilov açıqlamasında Azərbaycanda şəxs adları qoyulanda belə məsələlərin nəzərə alınmadığını bildirdi: “Azərbaycanda adlar qoyulanda belə məsələlər nəzərə alınmır, çünki bunlar türkcə adlardır. Bəs nə üçün ermənilərin bəzilərinin adları türkcədir? Bu tamam başqa məsələdir. Bu, vaxtilə xristian türklərinin getdikcə kilsə tərəfindən erməniləşdirilmələri ilə bağlıdır. 1500 ildir bu proses davam edə-edə bu günə gəlib çatıb. Onlar yenə qədim türk adlarını saxlayıblar. Qarabağ erməniləri iki yerə bölünürdü, biri türk xristianlar, digəri hay xristianları idi. Türk xristianlar türkcə danışırdılar, adları da türkcə idi. Getdikcə onlar erməniləşdilər, türklükdən uzaqlaşdılar. Millət din vasitəsilə bu şəklə salındı. Məsələn, son vaxtlara qədər bir əmioğlunun adı türk adı idi, digəri isə erməni adı idi. Yəni bir ailə müsəlmanlaşmışdı, digəri xristianlamışdı. İndinin özündə bu cür hallar məhz xristianlaşan türklərlə bağlıdır. Tarixdə ermənilərlə türklərin bəzi zamanlarda bir yerdə yaşamalarının bu məsələyə dəxli yoxdur. Heç kim öz övladına başqa bir millətin adını boşuna qoymaz. Bu ən çox dinlə bağlıdır. Məsələn, bizdə Musa, İsa, Məryəm, İbrahim kimi adlar var. Bunların hamısı dinlə bağlıdır. İslam dini yaranandan sonra da müsəlman olduq. Amma bu tipli adların qoyulması ənənəsi qaldı. İndinin özündə bizdə yüzlərlə ərəb adı var. Bu adlar da dindən gəlir”.


Türkoloq bir çox ermənilərin bu adlardan canlarını qurtarmaq istədiklərini də qeyd etdi: “Ermənilərin bu tipli türk adlarını özününküləşdirmək üçün övladlarına qoyduqlarını zənn etmirəm. Çünki onlar getdikcə bu adlardan canlarını qurtarmaq istəyirlər. Bu adlar onların tarixinə aydınlıq gətirir. Məlum olur ki, onların çoxu dönmə ermənidir”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL