Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Ölkə niyə böhranın mühasirəsindədir?
Yəqin ki, məmurların təltif olunmasına görə Azərbaycan dünyada birinci yerdədir. Demək olar ki, hökumət komandasının əksəriyyəti orden-medal daşıyır. Ümumiyyətlə, “Şərəf”, “Şöhrət” ordenləri Azərbaycanda ad günü hədiyyəsinə çevrilib. Hər həftə xəbər tuturuq ki, ölkə başçısı onlarla adama “Tərəqqi” medalı, onlarla adama hərbi rütbələr verib.
Bugünlərdə isə ölkə başçısının sərəncamı ilə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu.
Əslində, bu qədər orden-medala layiq məmurumuz varsa, Azərbaycanda inkişaf həqiqətən də fontan vurmalıdır. Bəli, hərə öz sahəsində qəhrəmanlıq göstəribsə, bunun nəticəsi aydın şəkildə görünməlidi. Amma şahid olduğumuz budur ki, bütün təltif olunanlar yalnız özünə xidmət edib. Yəni, hamısının saysız-hesabsız obyektləri, avtomobilləri, villalları var. Heç bir məmur öz əməlləriylə, xalqa xidmətiylə gündəmə gəlməyib.
Natiq Əmirovun təltif olunması isə bu tragikomediyanın davamıdır. Yuxarıda da qeyd etdiyimiz kimi Natiq Əmirov iqtisadi islahatlar üzrə prezidentin köməkçisidir və bu vəzifəyə ötən il təyin edilib. Görəsən, Natiq Əmirov hansı iqtisadi uğura imza atıb ki? Bizim bildiyimiz budur ki, ötən 1 il ərzində milli valyuta ucuzlaşmağa davam edib, dövlətin xarici borcu artıb, idxaldan asılılığımız çoxalıb, beynəlxalq agentliklərin qiymətləndirmə reytinqində geriyə düşmüşük, büdcəmiz kiçilib, ölkəyə sərmayə qoyuluşu azalıb və.s Yəni, ötən müddət ərzində iqtisadi sahədə öyünəcəyimiz heç bir addım olmayıb. Əksinə, dövlətin milyardları mənasız yarışlara xərclənib, ya da iri məmurların oğurladıqları milyonlar üzə çıxıb.
Demək istəyirik ki, Natiq Əmirovun vətənə xidmətinin nədən ibarət olduğu müəmmalı qalıb. Bəzən düşünürsən ki, Azərbaycan məmurları “sürətli tənəzzülə görə”, “milyonları mənimsəməyə görə” təltif olunurlar.
Həqiqətən də Azərbaycanda bu qədər təltif olunmağa layiq məmur olsaydı, ölkədə korrupsiyanın, yaltaqlığın, saxtakarlığın kökü kəsilərdi. Amma Azərbaycanda sovetdən qalma ənənələr davam edir və bütün mükafatlar “hökumətə xidmətə görə” verilir.
Reallıq budur ki, bu qədər “nümunəvi” məmurun olduğu ölkə böhranın mühasirəsindədir və bütün sahələr iflic vəziyyətdədir. Artıq fəxri adlar ikrah hissi yaradır və özünə hörmət edən adamlar belə mükafatlardan kənarda qalmaq istəyir.Fakr budur ki, bu ordenli-medallı məmurların heç birinin cəmiyyətdə nüfuzu yoxdur. Əksinə, fəxri adlar cəmiyyətdə mənfi reputasiyası olan adamlara məxsusdur. Bəli, bu adamlar hökumətin qəhrəmanlarıdı. Onların fəaliyyətinin xalqa, dövlətə heç bir aidiyyatı yoxdur