Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Müxalifətin Elçibəy nisgili

Tarix:30-08-2017, 11:43 Baxış Sayı:200

Müxalifətin Elçibəy nisgili

Mirmahmud Mirəlioğlu: “Elçibəyin zamanında yaşayan hazırki müxalifət liderləri hər zaman ona uduzacaqlar”

Sabir Rüstəmxanlı: “Elçibəyi hərəkat yaratmışdı, AXC də onu lider seçmişdi”

İqbal Ağazadə: “İndiki situasiya fərqlidir, bu gün 1988-ci il deyil ki, millət hazır olsun, çağırışlara cavab versin”

“Meydan hərəkatından çıxan liderlərin hamısı etibardan düşüblər”. AĞ Partiya başqanı Tural Abbaslının mətbuata açıqlamasında səsləndirdiyi bu fikirlər kifayət qədər ciddi ittihamdır. Onu haqlı sayanlarla yanaşı, bu fikirləri tənqid edənlər də az olmayıb. Əbülfəz Elçibəydən sonra müxalifət düşərgəsində birləşdirici bir liderin olmamasından danışan Tural Abbaslı isə bildirib ki, həm liderliyə iddialıların şəxsi keyfiyyətləri imkan vermədi, həm də digər müxalifət təmsilçilərinin eqo və ambisiyaları mane oldu. O, müxalifətin uğursuzluğunun səbəbini onların yeniliklərə açıq olmamasında, öz daxilində heç bir islahat aparmaq istəməməsində görüb.

Bəs görəsən, meydan hərəkatında öndə olmuş müxalifət liderləri Tural Abbaslının bu fikirləri ilə bağlı nə düşünürlər? “Yeni Müsavat” bu mövzuda bir neçə müxalifət liderindən mövqe öyrənib.

Картинки по запросу Mirmahmud Mirəlioğlu

KXCP sədri Mirmahmud Mirəlioğlu sualımıza cavabında bildirdi ki, hazırkı müxalifət liderləri bir sıra səbəbdən Elçibəyə uduzurlar: “Elçibəyə münasibət bildirənlər sırasında mən də olmuşam və sözümü demişəm. Tural Abbaslının dediklərində xeyli reallıqlar , faktlar var. Hələ demədikləri də var. O, vəziyyəti bütövlükdə əhatə etməyib. Bu çox ciddi məsələdir. Nə qədər ki, Azərbaycanda siyasət var, siyasətçilər var, Elçibəydən danışacaqlar, onun yeri də həmin zamanda boş görünəcək. Sağlığında Elçibəyi qəbul etməyən bu insanların bu gün Elçibəyçi olublar. Bu o deməkdir ki, Elçibəyin yeri görünür. Elçibəy özü bir dəyərdir və hər zaman insanlara lazım olacaq. Onun zamanında yaşayan hazırkı müxalifət liderləri hər zaman ona uduzacaqlar. Həmçinin sevgi, etimad, rəğbət, nüfuz məsələsi nisbi məsələdir. Siyasətçi elə bir hərəkət edər ki, bir anda qəhrəman olar. Bunlar siyasi ab-havaya bağlı məsələlərdir. Xalq bu məsələləri artıq zamana buraxıb, biganədir”.

Картинки по запросу Sabir Rüstəmxanlı

VHP sədri Sabir Rüstəmxanlı isə vurğuladı ki, o dövrlə indiki dövrü müqayisə etmək və buna əsasən liderlər haqqında fikir yürütmək doğru deyil: “Tural gənc siyasətçidir, müəyyən iddiaları var. Gündəmə gəlmək, diqqəti cəlb etmək üçün belə sözlər deyir. Buna çox da təəccüblü baxmaq lazım deyil. Onun şəxsi fikri belədir, qoy danışsın. Bu, məni qıcıqlandırmır. Müxalifət liderinin etimadı itirməsinə gəlincə, vəziyyət və şərait əvvəlkindən fərqlidir. Əbülfəz Elçibəyin dövrü ayrı idi. Elçibəy dönəmində xalq hərəkatı bir yerdə idi, AXC vahid təşkilat idi. Vahid təşkilat da özünə lider olaraq Elçibəyi seçmişdi. Elçibəy Cəbhəni yaratmamışdı, hərəkat Elçibəyi yaratmışdı. Cəbhə onu özünə lider seçəndən sonra onun ardınca gedirdi, ona inanırdı və bu mənada birlik var idi. Cəbhənin istəyi ilə Elçibəy hakimiyyətə gəldi, o zaman indiki şərait də yox idi, ayrı-seçkilik də... İndi onlarla siyasi partiya var, təbii ki, heç kim heç kimə güzəşt etmək istəmir. Ona görə də bu günlə o günü müqayisə etmək mümkün deyil”.

Картинки по запросу iqbal ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə də Elçibəy dövrü ilə müqayisədə zaman və şəraitin fərqli olduğunu, bu məsələdə fərdlərin günahlandırılmasının doğru olmadığını söylədi: “Mən hər kəsin fikrinə hörmət bəsləyirəm. Hesab edirəm ki, insanlar düşündüklərini, öz pəncərələrindən gördüklərini deyə bilərlər. Tural Abbaslı da bu cür düşünür. Hər bir siyasətçinin ortaya çıxması üçün şərait lazımdır, o şərait olmadıqda sonra necə siyasətçi olursan ol, bu mümkün deyil. İndiki situasiya fərqlidir, bu gün 1988-ci il deyil ki, millət hazır olsun, çağırışlara cavab versin. Zaman elə yerə gəlib çıxıb ki, indi passivlik dönəmidir. Hər zaman tarixdə belə dövrlər olub. O baxımdan, fərdləri günahlandırmaq doğru deyil. Dünyada gedən proseslərə, indiki dövrdəki münasibətlərə də diqqət yetirmək lazımdır. O zaman Azərbaycan Avropa Şurasına daxil olmaq üçün çaba göstərirdi. Bu, Azərbaycan üçün çox cəlbedici idi və üzərinə qoyulan öhdəlikləri yerinə yetirməyə çalışırdı, Qərblə münasibətləri də fərqli şəkildə qururdu. Bu gün Avropa Şurası faktiki olaraq iflic vəziyyətindədir və proseslərə təsir edə bilmir. Verdiyi bəyanatlar və qəbul etdiyi qərarlar da yerinə yetirilmir. Dünyanın Azərbaycana, Azərbaycanın isə dünyadakı proseslərə münasibətinin dəyişdiyi bir vaxtda necə fərdləri ittiham etmək olar. Və ya Yaxın Şərqdəki münasibətlər 10-15 il öncə hansı səviyyədə idi, indi hansı səviyyədədir. Ona görə də bu məsələdə fərdləri ittiham etmək üçün ictimai -siyasi prosesləri, zamanı, şəraiti düzgün qiymətləndirmək lazımdır. Belə bir sual yarana bilər ki, 1988-ci ilin liderləri niyə 1987-ci ildə yox idi? O zaman da həmin insanlar və həmin xalq idi, cəmi bir il fərq var idi. Niyə 1987-ci ildə və ya 70-ci illərdə həmin proseslər olmadı? Deməli, zamanın və şəraitin də fərqi var”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL