Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Böyük meydanda sıxışdırılan qruplaşmanın gələcək taleyi necə olacaq?
Son 10 gündə İraq və Suriyada hökumət qüvvələri İŞİD-ə ağır zərbələr vurub. İraqda İŞİD-in əlində qalan ən böyük yaşayış məntəqəsi olan Telafər şəhəri və Suriyada 3 ildən artıqdır ki, mühasirədə qalan Deyr əz-Zor şəhəri mühasirədən azad edildi. Təbii ki, hər iki əməliyyat zamanı İŞİD böyük sayda canlı qüvvə (təkcə Telafərdə 2 mindən çox qruplaşma üzvü öldürüldü - K.R) itirdi.
Ancaq hələ də qruplaşma İraq və Suriya ərazisində böyük əraziyə nəzarət edir. Hazırda İŞİD-in İraq və Suriyada nəzarət etdiyi ərazilər gözəyarı hesablamalara əsasən İsrail, Livan və hətta Ermənistan ərazilərindən daha böyükdür. Üstəlik, ehtimallara əsasən, bu ərazilərdə İŞİD-in ən azı 20 min silahlı döyüşçüsü var. Bu rəqəmi iyulun sonunda amerikalılar açıqlasalar da, son olaraq Telafər əməliyyatı göstərir ki, İŞİD silahlılarının sayı daha çoxdur. Məsələn, təxminən 2 min qruplaşma üzvünün olduğu və tamamən mühasirədə qalan Raqqa şəhərinə 3 aydır aramsız hücum edən Suriya Demokratik Qüvvələri, yerli kürd silahlıları və ABŞ ordusu qüvvələri hələ də şəhəri geri ala bilmir. Bu isə onu göstərir ki, qruplaşmanın İraq və Suriyada müqavimətini sındırmaq elə də asan olmayacaq.
Qeyd edək ki, hazırda İŞİD İraqda iki əsas əraziyə sahibdir. Birinci hissə nisbətən kiçik bölgə Kərkük ətrafında İŞİD-in nəzarət etdiyi ərazilərdir. İkinci bölgə isə Suriya-İraq sərhədində nisbətən böyük əraziləri əhatə edir. Əl-Qaim, Yeni Ana, Rava şəhərləri də daxil olmaqla, böyük bir əraziyə hələ də İŞİD silahlıları nəzarət edir. Suriyada isə hökumət qüvvələr son bir həftədə sürətlə irəliləyərək Deyr əz-Zoru mühasirədən çıxarıb və böyük bir ərazini təmizləyiblər. Ancaq bununla belə, Deyr əz-Zor vilayəti və vilayətə daxil olan bir neçə şəhər, o cümlədən əl-Mayadin, Xəraic, əş-Şafa, əs-Suvar və Raqqa şəhərləri hələ də İŞİD-in nəzarətindədir. Bundan başqa, Hama vilayətində böyük bir ərazi, o cümlədən Dəməşqin 10 kilometrliyində Seyyidə Zeynəb qəsəbəsi yaxınlığında Yarmuk düşərgəsi və Həcər əl-Əsvəd qəsəbəsi daxil olmaqla əhalinin sıx yaşadığı bölgə, həmsinin İordaniya-Suriya sərhədində Təsil qəsəbəsinin yerləşdiyi bölgə hələ də İŞİD-in nəzarətindədir. Bu siyahıya Əfqanıstan, Liviya, Nigeriya, Misir, Yəməndəki faktiki İŞİD nəzarətində olan bölgələri də əlavə edəndə böyük bir ərazinin olduğunu demək mümkündür.
Ancaq hazırda bir tərəfdən ABŞ və onun rəhbərlik etdiyi koalisiya, digər tərəfdən isə Rusiya, İran, Suriya, İraq orduları və digər silahlı birləşmələr hər iki ölkədəki İŞİD mövqelərinə aramsız hücumlar edir. Ehtimal ki, Telafər əməliyyatından sonra növbəti addım olaraq İraq ordusu Kərkük ətrafındakı İŞİD qüvvələrini təmizləməyə çalışacaq. Son olaraq gələn məlumatlarda İraq ordusu qüvvələrinin Suriya sərhədinə irəlilədiyi və Deyr əz-Zor vilayətindəki Suriya ordu qüvvələri ilə birləşdiyi qeyd olunur. Görünən odur ki, Bəşər Əsəd kürdlərin və amerikalıların Raqqa əməliyyatını başa çatdırıb cənuba doğru hərəkətə başlamamışdan öncə Deyr əz-Zordakı əsas məntəqələri nəzarətə almağa çalışır. Çünki hazırda faktiki olaraq ABŞ dəstəkli kürd qüvvələri Suriyanın şimalında böyük bir əraziyə nəzarət edir.
Deyr əz-Zor əyaləti Suriyanın əsas neft-qaz bölgəsi hesab olunur. Ölkənin enerji ehtiyatları bu bölgədə yerləşir. Yəni Deyr əz-Zor və bütövlükdə indi Suriyanın şərqində İŞİD-in əlində qalan ərazilər həm strateji baxımdan, həm də iqtisadi baxımdan Suriya dövləti üçün mühüm əhəmiyyət kəsb edir. Ancaq İŞİD-in də bu bölgəni rahat tərk edəcəyini düşünmək sadəlövhlük olardı. Çünki İŞİD-in yaranması, necə deyərlər, gücü məhz Suriya və İraq ərazilərindəki torpaqlarda idi. Bu torpaqlarını itirən qruplaşma bütüövlükdə təhdid gücünü saxlasa da, əvvəlki qədər təhlükəli olmayacaq. Çünki İŞİD "əl-Qaidə" və bənzər digər terror təşkilatlarından fərqli olaraq silahlı təşkilat olaraq meydana çıxıb və tutduğu ərazilərdə dövlət qurub, mövcudluğunu müəyyən bir coğrafiyada nümayiş etdirib. İndi isə torpaqlarını itirdikdən sonra (bu hələ müəyyən müddət tələb edəcək - K.R.) İŞİD liderlərinin qarşısında iki seçim var. Birincisi, ya gərək planetin başqa nöqtəsində, məsələn, Əfqanıstanda, Uzaq Şərqdə və ya Afrikada, özünün “dövlətini” elan etsin. İkinci variant isə ənənəvi variant, yəni daha əvvəl "əl-Qaidə" və başqa silahlı qruplaşmalar kimi “yer altına” çəkilib silahlı terror hücumları ilə “mübarizəni” davam etdirmək, mövcudluğunu qoruyub saxlamağa çalışacaq. Lakin birinci variant müəyyən qədər uğursuzdur və İŞİD-in qarşısına qoyduğu missiyaya uyğun gəlmir. Çünki digər bölgələrdə onsuz da İŞİD mövcud idi, burada dövlət elan etmək yenilik olmayacaq. Digər tərəfdən, Yaxın Şərq bu cür qruplaşmalar üçün ideoloji və siyasi baxımdan çox mühümdür, necə deyərlər, şah damardır. Üstəlik, qruplaşmanın adı da birbaşa İraq və Suriya ilə şərtlənir. Ona görə də başqa bölgədə yeni dövlət qurulması və onun əvvəlki effekti verəcəyi ehtimal olunmur. Mümkündür ki, yeni münaqişə bölgələri yaransın, yaxud da müəyyən zaman üçün gizli fəaliyyət qərarı alınsın.
Ancaq istənilən halda böyük sahədə İŞİD oyunu sürətlə sona yaxınlaşsa da, qruplaşma hələ uzun illər dünyada xatırlanacaq.