Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Belə imici olan hökumət dövlət və millət üçün təhlükə deyilmi?

Tarix:13-09-2017, 16:31 Baxış Sayı:199

Belə imici olan hökumət dövlət və millət üçün təhlükə deyilmi?

Dövlətimizin vəmillətimizin inkişafı birmənalı şəkildəkorrupsionerlərdən xilas olmaqdan keçir

AXCP sədri Əli Kərimli hakimiyyətin 3 milyardlıq korrupsiya əməliyyatı ilə bağlı yaranan beynəlxalq qalmaqal barədə yazı paylaşıb. Yazıda indiyədək Azərbaycanla bağlı başqa ölkələrdə başlanan korrupsiya araşdırmaları da sadalanır. Yazını təqdim edirik:

Böyük Britaniyanın Baş naziri Tereza Mey 3 milyard dollarlıq oğurluq cinayətini araşdırmağı (əsasən mütəşəkkil cinayətkarlığı araşdıran) Cinayətkarlıqla MübarizəMilli Agentliyinə (NCA) tapşıracaq. Sonra da deyirlər ki, ölkəni dünyada tanıdırıq. Baxın, görün necə tanıdıblar. İndi təkcə dünya mediası Azərbaycandakı korrupsiyadan bəhs etmir. Rejimin korrupsiyası Avropa ölkələrinin əksəriyyətinin başını dərdə salıb. Görün, neçə ölkədə Azərbaycanla bağlı korrupsiya araşdırması gedir. Bağışlayın ki, siyahı bir az uzun alındı, ancaq mənlik bir iş yoxdur, səbəbkar hakimiyyətdir.

– İsveçdə Azərbaycan hakimiyyətilə korrupsiya əlaqəsinə girmiş “Bombardier Sweden” şirkətinin (ölkəmiz həmin şirkətdən aldığı dəmir yolu avadanlığına görə 85 milyon dollar artıq ödəmişdi və həmin 85 milyon da gedib bunların “qara kassa”sına) rəsmisi həbs olunub, istintaq davam edir, əlavə həbslər də gözlənilir.

– Sloveniya Milli Partiyasının prezidentliyə namizədi Zmago Plemeniti daha prezidentliyə namizəd ola bilməyəcək. Azərbaycan hakimiyyətilə korrupsiya əlaqələri üzə çıxandan sonra partiya qərara gəlib ki, onu namizəd irəli sürməsinlər.

– İtaliyada da prokurorluq AŞ PA vitse prezidenti Luka Volontenin Azərbaycan hakimiyyətindən pul alaraq AŞ PA- da siyasi məhbuslar üzrə Ştrasserin məruzəsinin qəbul edilməsinə imkan verməməsini araşdırır.

– Almaniya mətbuatı və ictimaiyyət tələb edir ki, Azərbaycandakı saxta seçkilərdə 3 dəfə dalbadal (2008, 2010 vә 2013) müşahidəçilk etmiş, Azərbaycan hakimiyyətindən pul alaraq saxta seçkiləri tərifləmiş Eduard Lintnerin hərəkətinə prokurorluq qiymət versin.

– Bolqarıstan prokurorluğu isə Azərbaycandakı ailə hakimiyyətinin əsas beynəlxalq himayəçilərindən biri olan YUNESKO-nun baş katibi İrina Bokovanın həyat yoldaşı Kalin Mitrev haqqında artıq cinayət işi başlayıb. Kalin Mitrevin Azərbaycan hakimiyyətindən 450 min dollar avronu hansı xidmətinə görə aldığını araşdırırlar.

– Maltada baş nazir Muskatı ittiham edirlər ki, Əliyevlər ailəsinin hesablarından onun həyat yoldaşının hesabına 1.7 milyon dollar pul köçürülüb. Maltada Azərbaycandan verilmiş rüşvətə görə yaranmış siyasi böhran “Azərbaycan pul yuyan maşını” ifşa edildikdən sonra daha da gərginləşib.

– Avstriya prokurorluğu da Azərbaycan hakimiyyətilə korrupsiya əlaqələrinə görə 9 nəfərə qarşı ittiham irəli sürüb. Onlar Azərbaycan manatını çap edərkən Azərbaycan hakimiyyətinə 14 milyon avro – 20% “otkat” qaytarmışdılar. Yeri gəlmişkən, Suriya da pulunu həmin firmada çap etdirmişdi və onlar cəmi 14% “otkat” almışdı ))

– Rumıniya prokurorluğu SOCAR-ın bu ölkədəki nümayəndəliyinin qaz stansiyalarının tikintisində yol verdiyi yeyintilərlə bağlı cinayət işi başladıb.

Sonda da “rüsvayçılıq coğrafiyasının” yalnız Avropa ilə məhdudlaşmadığını göstərmək üçün yalnız 2 faktı xatırlayaq: 

1. Keniyada prezident seçkilərindəki saxtakarlıqdan sonra müxalifət lideri Odinqa “belə saxtakarlıq ancaq Azərbaycanda ola bilərdi” demişdi və bizi xeyli utandırmışdı.

2. Bir neçə il bundan öncə SOCAR 750 min manat xərcləyib Bakıda böyük tədbir keçirmişdi. Tədbirdə ABŞ Konqresinin 10 nəfər üzvünün də iştirakı təmin edilmiş, onlara bahalı hədiyyələr verilmişdi. Bahalı hədiyyələrlə bağlı məlumatlar mətbuata çıxandan sonra konqresmenlərin hamısı hədiyyələri Bakıya qaytarmalı olmuşdu.

Və bütün bunlardan sonra ciddi-ciddi düşünək. Dünyada bu şəkildə tanınan, belə bir saxtakar və korrupsioner imici olan hökumət dövlət və millət üçün təhlükə deyilmi? Dünyada bu imiclə tanınan hökumət Qarabağı qaytara bilərmi? Dövlətimizin vəmillətimizin inkişafı birmənalı şəkildə korrupsionerlərdən xilas olmaqdan keçir.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL