Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Qabil Hüseynli: “Mehman Əliyev müxalifətin vahid namizədi kimi irəli sürülsə...”
Azərbaycanda prezident seçkilərinə bir il qalır. Zaman ötdükcə seçkilər ətrafında gedən müzakirələr qızışmaqdadır. Heç şübhəsiz ki, müzakirələrin önündə ölkənin iqtidar və müxalifət düşərgələri gedir. Hər iki düşərgənin seçkilərdəki şansları ilə bağlı ən müxtəlif fikirlər səslənir.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli iqtidar və müxalifətin qarşıdan gələn prezident seçkiləri ilə bağlı imkanlarını bu cür dəyərləndirdi: “Əvvəla, onu qeyd edim ki, hakimiyyətin özündə də hələ tam namizəd məsələsində dolğun qərar yoxdur. Doğrudur, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası bununla bağlı qərar qəbul edib və bildirib ki, partiyanın prezident seçkilərindəki namizədi hazırkı ölkə başçısı İlham Əliyev cənabları olacaq. Amma bundan əvvəl Ayaz Mütəllibov başqa ad çəkərək ictimai rəyi öyrənmək istədi. İndiki şəraitdə hakimiyyət öz namizədini dəyişmək fikrinə düşərsə, zənnimcə, bu, proqnozlaşdırılması mümkün olmayan nəticələrə gətirib çıxara bilər. O səbəbdən də indiki şəraitdə həm reytinq, həm gördüyü işlər, həm də beynəlxalq nüfuzu etibarı ilə İlham Əliyevə hakimiyyətdə rəqib ola biləcək ikinci bir şəxs təsəvvür etmək mümkün deyil. Müxalifətə gəlincə, bu düşərgədə vəziyyət kifayət qədər gərgindir. Elektoral baza sarıdan müxalifət ciddi korluq çəkir. Ölkədə ictimai-siyasi mühit də müxalifətin toparlanmasına, sosial siyasi bazasını genişləndirməyə o qədər böyük imkan yaratmır. Üstəlik də müxalifətdaxili çəkişmələr bu düşərgəyə olan ümidləri sıradan çıxarıb. Müxalifətin ciddi resursları olmasa da, siyasi liderlər arasında heç olmasa fikir mübadiləsi, ictimai rəyə təsir edəcək siyasi diskussiyaların təşkil olunması ən azından müxalifətin mövcudluğunun olması barədə fikirlərə şərait yarada bilərdi. Amma belə bir proses getmədiyindən müxalifətin içərisində yerdə qalan üzvləri toparlaya biləcək, ətrafında birləşdirəcək bir siyasi lider yox dərəcəsindədir”.
Politoloq son dövrlərdə Azərbaycan siyasətində önə çıxan şəxsin kimliyinə də toxundu: “Son günlərdə bir şəxsin personası, imici parlaqlığı ilə özünü büruzə verdi. O da demək olar müxalifətə aidiyyəti olmayan, müstəqil medianın nümayəndəsi olan Mehman Əliyevdir. O, onsuz da müsbət imici ilə seçilirdi. Amma son həddə həbsindən sonra ona olan beynəlxalq dəstək göstərir ki, Mehman Əliyev müxalifətin vahid namizədi kimi irəli sürülsə, zənnimcə, digər namizədlərlə müqayisədə daha çox tərəfdar toplaya bilər. Amma təəssüflər olsun ki, bu istiqamətdə də axtarışlar getmir. Bu səbəbdən də müxalifət sıralarında hər hansı bir canlanmanın, sıçrayışın olacağını söyləmək xeyli çətin olur. 2013-cü ildə müxalifətin vahid namizədi kimi Cəmil Həsənli şəxsiyyət etibarı ilə cazibədar olsa da, uğurlu təbliğat qura bilmədi. Məhz o uğurlu təbliğatın olmaması ucbatından seçkilərdə də ciddi nəticə əldə edə bilmədi. Amma bir dəfə məğlubiyyətə düçar olmuş şəxsin yenidən namizədliyinin irəli sürülməsi həm nəzəri, həm də praktiki cəhətdən arzuedilən deyil. Amma Mehman Əliyevin namizədliyi verilsə, müxalifətin bütün partiyaları onun namizədliyini müdafiə etsə, bu dəfə bəlkə də uğurlu rəqabət kampaniyası aparmaq olar”.