29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
“Avropa İnsan Hüquqları Konvensiyası bir nəfəri siyasi motivli həbsdən qorumaq iqtidarında deyilsə, deməli, bu konvensiya ümumiyyətlə, işlək deyil”, – “Respublikaçı Alternativ” (REAL) hərəkatının sədri İlqar Məmmədovun sözləridir. O, bu fikirləri vəkili Cavad Cavadovla görüşdə səsləndirib vəictimaiyyətə çatdırılmasını istəyib. Bu haqda vəkil özü məlumat yayıb.
Cavad Cavadov sentyabrın 21-də İlqar Məmmədovun saxlandığı 2 saylı cəzaçəkməmüəssisəsində onunla görüşüb. REAL sədrinin durumunun yaxşı olduğunu, bütün dostlara salam göndərdiyini deyən vəkil daha sonra bunları bildirib: “Hazırda İlqar Məmmədov Avropa İnsan Hüquqları Konvensiyasının yerinə yetirilməsinə xidmət edəcək yerli siyasi səfərbərlik tədbirlərini fəal şəkildə nəzərdən keçirir”.
Xatırladaq ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-dən həbsdədir. REAL sədri həmin ilin yanvarında İsmayıllıda baş verən etiraz aksiyalarının təşkilindəgünahlandırılaraq, 6 il azadlıqdan məhrum edilib. İlqar Məmmədov ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir.
Yerli və beynəlxalq insan haqları təşkilatları da İlqar Məmmədova qarşı ittihamların saxta olması qənaətinə gəlib. Avropa İnsan Haqları Məhkəməsinin qərarında da bu həbsin siyasi motivli olduğu vurğulanıb və İlqar Məmmədovun azadlığa buraxılması istənilib. Lakin Azərbaycan hökuməti bir neçə ildir ki, İlqar Məmmədovla bağlı qərarı icra eləmir.