Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

ABŞ Konqresi Azərbaycan hakimiyyətinə qarşı sanksiya proseduruna başladı

Tarix:27-09-2017, 11:26 Baxış Sayı:191

ABŞ Konqresi Azərbaycan hakimiyyətinə qarşı sanksiya proseduruna başladı

ABŞ Konqresmeni, respublikaçı Chris Smith və demokrat konqresmen Jim McGovern sentyabrın 26-da Azərbaycanda qanunun aliliyi və insan haqlarına riayət edilməsinə dair qətnamə layihəsi təqdim ediblər.

Bu barədə Chris Smith-in rəsmi saytındadeyilir: “Azərbaycan rejimi insan haqları fəallarını, müstəqil jurnalistləri və dini liderləri susdurmaq üçün işgəncə, siyasi motivli cinayət ittihamları, qısnama, beynəlxalq adam oğurluğu və təhdidin başqa formalarından istifadəni davam etdirir”.

Konqresin Qlobal İnsan Haqları Palatasına sədrlik edən Chris Smith daha sonra bildirib ki, “bizim ölkələrimiz arasında təhlükəsizlik və iqtisadi bağların mövcud olması məlumdur, lakin bu pozuntular diqqətdən kənarda qala bilməz”.

Chris Smith

Chris Smith

Bu qətnamə layihəsinin başqa müddəaları Birləşmiş Ştatlar hökumətini Azərbaycan hökuməti ilə əlaqələrdə Azərbaycanda insan haqları və təməl azadlıqların vəziyyətini rəhbər tutmağa və beynəlxalq aləmdə tanınan insan haqlarını pozan Azərbaycan rəsmilərini cəzalandırmaq məqsədilə Qlobal Magnitsky İnsan Haqları Hesabatlılığı qanununu (Global Magnitsky Human Rights Accountability Act) tətbiq etməyə çağırır.

Bundan əlavə qətnamə Azərbaycan hökumətini bütün siyasi məhbusları və vicdan məhbuslarını azad etməyə və hesabatlılıq və demokratik dəyərlərə söykənən hakimiyyət üsul-idarəsi istəyənlərin hədəflənməsinə son qoymağa çağırır.

Konqresmen Smith deyib ki, “Qlobal Magnitsky Qanunu” ABŞ-ın dünyada insan haqlarının müdafiəsində liderliyi üçün yeni era açıb”.

Qlobal Magnitsky Qanununun Azərbaycana aid versiyasına müəlliflik etmiş Chris Smith deyib ki, ABŞ rəsmi Bakıya münasibətdə bu alətdən istifadə etməlidir.

Viza qadağanından və aktivlərin dondurulmasından istifadə edən bu qanun insan haqlarını pozanların cəzalandırılmasını nəzərdə tutur.

Konqresmen deyib ki, bu tədbirlər Azərbaycan hökumətindəki insan haqları pozucularının cəzasızlığına son qoymaq məqsədi güdür.

Konqresmen Smith indiyədək Azərbaycanda insan haqları pozuntularına dair iki dinləmə keçirib.

Onlardan sonuncusu AzadlıqRadiosunun müxbiri Xədicə İsmayılovanın mühakimə olunması ilə bağlı idi.

Bundan az əvvəl, sentyabrın 7-də ABŞ senatoru Riçard Durbin-in Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim etdiyi bildirilmişdi.

Xəbərdə deyilirdi ki, senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edir.

Düzəliş Dövlət Katibindən rica edirdi ki, sanksiyaların tətbiq olunacağı Azərbaycan rəsmilərini müəyyən etsin.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL