Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Hərəkatın idarə heyətinin üzvü Azər Qasımlı gələcək planlarını açıqladı
Respublikaçı Alternativ Hərəkatı (REAL) oktyabrda qurultay keçirəcək. Bundan sonra təşkilat hərəkat kimi yox, partiya kimi fəaliyyət göstərəcək. Bu barədə təşkilatın idarə heyətinin üzvü Azər Qasımlı bildirib ki, 24 sentyabrda keçirdikləri toplantıda Respublikaçı Alternativ Partiyasının I Təsis Qurultayının 2017-ci il oktyabr ayının 29-da keçirilməsi qərarı verilib: “Hazırda qurultaya hazırlıq işləri gedir və 29 oktyabrda qurultayımızı keçirməyi düşünürük.
Qurultayda REAL hərəkatı buraxılacaq və onun idarə heyətinin fəaliyyətinə xitam veriləcək. Keçiriləcək olan qurultayda böyük ehtimalla sədr seçməyəcəyik. Partiyanın təşəbbüs qrupunun nizamnamə layihəsinə görə partiyanın sədri qurultayın seçdiyi Məclis tərəfindən seçiləcək. Yəni bizim düşündüyümüz struktur bu gün Azərbaycanda fəaliyyət göstərən bütün partiyaların strukturundan tamamilə fərqlidir. Biz partiyamızda parlament respublikası tipli bir sistem qurmağı planlaşdırırıq. Partiya Məclisini isə parlament respublikasında, parlamentin yeri və funksiyası nədirsə, o şəkildə yaratmağı fikirləşirik. Buna görə də sədr qurultay tərəfindən deyil, partiyanın Məclisi tərəfindən seçiləcək”.
A.Qasımlı bildirib ki, sədrin İlqar Məmmədov olma ehtimalı çox yüksəkdir: “Hazırda elə yeganə namizəd də İlqar Məmmədovdur. Hələ ki başqa namizəd yoxdur, ancaq növbəti günlərdə ola bilər. Demokratik prosesdir və əgər namizəd çıxarsa onlar, öz güclərini yoxlaya bilərlər. Üzvlərə gəlincə isə onu qeyd edim ki, ümumiyyətlə, REAL hərəkatının üzvləri yoxdur. Sadəcə olaraq, partiya təşəbbüs qrupunun üzvləri var. Yəni kimlər partiyaya keçmək istəyirlərsə, onların hamısı Respublikaçı Alternativ Partiyasının təşəbbüs qrupunun üzvləri olublar. Qurultaydan sonra isə partiya üzvləri kimi fəaliyyətlərinə davam edəcəklər. İnsanların 99 faizi REAL hərəkatına deyil, partiya təşəbbüs qrupuna üzv olublar. Hazırda saytımız vasitəsilə üzvlüyə müraciət etməkdə hər hansı bir problem yoxdur”.

Həmsöhbətimiz söyləyib ki, partiyanın rəsmi qeydiyyatı barədə də düşünürlər: “Rəsmi qeydiyyat belədir ki, partiya qurultay keçirdikdən sonra 1 ay ərzində qanunda nəzərdə tutulan sənədləri toplayıb, Ədliyyə Nazirliyinə müraciət etməlidir. Biz də eyni şəkildə oktyabrın 29-dan sonra 1 ay müddətində Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Ancaq bir məsələni də qeyd edim ki, bizim üçün qeydiyyat önəmli deyil. Bizim istədiyimiz odur ki, partiyamız öz qurultayını keçirsin, təsis olunsun, onun əsas idarəedici orqanları-Məclis, Nəzarət Təftiş Komissiyası seçilsin və işlək bir mexanizm olsun. Əsas istədiyimiz budur. Təbii ki, Azərbaycanın bütün bölgələrində yerli təşkilatlarımızın olması da məqsədlərimiz sırasındadır. Qeydiyyatdan keçirməsələr, biz bu məsələ uğrunda da mübarizəmizi aparacağıq. Yəni məhkəməyə müraciət edəcəyik. Partiya təsis olunmadığı üçün hələ qərargahımız da yoxdur”.
A.Qasımlı partiya yarandıqdan sonra onların digər siyasi partiyalarla hansı müstəvidə münasibət quracaqları barədə də danışıb: “Digər partiyalarla münasibət, ölkədə yaranmış və yaxud da yaranacaq vəziyyətə adekvat olacaq. Hər halda, indiki mərhələdə hansısa bir partiyalarla blok birliklər şəklində fəaliyyəti qənaətbəxş hesab etmirik. Belə bir düşüncəmiz, fikrimiz yoxdur. Lakin hansısa məsələlərin müzakirəsində ikitərəfli görüşlərimizin olması mümkündür. Məsələn, ölkədəki vəziyyət, Qarabağ problemi və digər bu kimi məsələlərlə bağlı müzakirələr aparmağımız təbii ki, ola bilər. Lakin konkret olaraq birlik barədə düşünmürük. Seçkilərə gəlincə isə deyim ki, bu barədə də hələ ki konkret düşüncəmiz yoxdur. Çünki bizim əsas və yeganə namizədimiz olan İlqar Məmmədov həbsdədir. Gözləntimiz isə budur ki, İlqar bəy həbsdən çıxacaq, məhkəmə vasitəsilə bəraət alıb, seçkilərdə iştirak imkanı əldə edəcək. Əgər bu olsa, təbii ki, seçkilərdə təkbaşına iştirak etməyi düşünürük. Ancaq bu olmasa, o zaman vəziyyətə uyğun olaraq qərar verəcəyik”.
Qeyd edək ki, REAL-ın sədri İlqar Məmmədov 2013-cü ilin yanvar ayında İsmayıllı hadisələri ilə bağlı həbs edilib, 7 il müddətinə azadlıqdan məhrum olunub.