Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Ankarada təkbətək və heyətlərarası görüşlərindən sonra Prezident Kompleksində birgə mətbuat konfransı keçirilib.
Ərdoğan keçirdikləri görüşlərdə Türkiyə-Rusiya arasındakı ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdiklərini söyləyib.
Ərdoğan, "dəyərli dostum", - deyə xitab etdiyi Putin ilə il ərzində 5-ci dəfə görüşdüklərini və gündəmlərindəki mövzular haqqında da tez-tez telefonla müşavirə apardıqlarını bildirərək, "bunlar təbii ki, Türkiyə-Rusiya arasında bu günə qədər olmayıb və təəssüf yaradır. İndi isə daha yaxşı mövqeyə çatıb" söyləyib.
Nazirlərin rusiyalı həmkarları ilə əlaqələrini davam etdirdiklərini, ortaq səylər nəticəsində iki ölkə arasındakı münasibətlərin güclənərək davam etməsindən məmnun olduqlarını söyləyən Ərdoğan, "İnşallah önümüzdəki dövrdə bunu daha çox inkişaf etdirəcəyik. Bu qərar hər iki tərəfdə də var", - deyə bildirib.
Daha sonra İraq və Suriya məsələsinə toxunan Türkiyə prezidenti belə söyləyib:
"İraq və Suriya da daxil olmaqla bəzi məsələləri müzakirə etdik. İstər İraq, istərsə də Suriyanın ərazi bütövlüyündə həmfikirik. Təəssüf ki, son dövrlər bölgəmiz daha gərgin vəziyyətə gəlib. Referendumun İraq Konstitusiyası və hüquqi baxımdan heç bir legitimliyi yoxdur. Təəssüf ki, Kürdüstan rəhbərliyi bütün dostyana münasibətlərə baxmayaraq referendum keçirdi və səhvə yol verdi. Hər zaman dediyimiz kimi, şəxsi, qısamüddətli maraqlar naminə heç kimin bölgəmizdə gərginliyi artırmağa haqqı yoxdur.
Türkiyə və Rusiya olaraq Suriya probleminin siyasi yolla həlli ilə əlaqədar birgə iradə və yaxın əməkdaşlığımızı davam etdirmək yönündə qərarlığımızı bir daha söylədik."
Putin isə çıxışında bildirib ki, Suriyaya dair razılaşmaların əldə olunması – Rusiya və Türkiyənin ümumi uğurudur, bu ölkədə müharibənin dayandırılması üçün, faktiki olaraq, artıq lazımi şərait yaradılıb. V.Putin qeyd edib ki, terrorçuların məhv edilməsi və suriyalıların dinc həyata qayıtması yalnız region üçün deyil, bütün dünya üçün prinsipial məsələdir.