Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası kimi tanınan Helsinki Komissiyası çərşənbə axşamı Senat binasında kleptokratiyaya qarşı korporativ şəffaflıq mövzusunda dinləmə keçirib.
Tədbirin əsas müzakirə mövzuları avtoritar rejimlərin korrupsiya yolu ilə Avropa və ABŞ-da nüfuz əldə etməsinə qarşı mübarizə və ABŞ-ın çirkli pulların yuyulması əleyhinə apardığı siyasətin təkmilləşdirilməsi olub.Senat üzvlərinin və ekspertlərin iştirak etdiyi dinləmələrə Demokrat senator Şeldon Uaythaus sədrlik edib.
Açılış nitqində Senator Uaythaus Azərbaycan hökümətinin 2012-2014-ci illər arasında Böyük Britaniyada qeydiyyatda olan 4 böyük şirkət vasitəsilə 2,5 milyard avronun (2,8 milyard dolların) yuduğunu və bu pul vasitəsilə Avropada lobbiçilərə, siyasətçilərə rüşvət verilməsi və bahalı əşyaların alınmasında istifadə edildiyini bildirib.
Demokrat senator Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) araşdırmasına istinad edərək bildirib ki, sözügedən illər ərzində Azərbaycanda 90-dək insan haqları fəalı, müxalifətçi və jurnalist siyasi motivli ittihamlarla həbsxanalara salınıb.
Hudson İnstitutundan olan kleptokratiya üzrə ekspert Çarles Deyvidson çıxış edərək bildirib ki, hazırda avtoritar rejimlər özlərini 21-ci əsrin biznes modelinə uyğunlaşdırıblar.
“Avtoritar rejimlər öz ölkələrində qanunsuzluq və talanla əldə etdiklərini qoruyub-saxlaya bilsinlər deyə bu pulları qanunların işlədiyi, azad və demokratik ölkələrə daşımağa çalışırlar.”
Daha sonra çıxış edən Avropa Birliyinin ABŞ üzrə nümayəndəsi Karolayn Visini qeyd edib ki, qloballaşmanın yaratdığı azadlıq və üstünlük sayəsində hazırda cinayətkar və terror qruplarına külli miqdarda maliyyə vəsaitləri köçürülə bilir.
“Biz terrorçu qrupların və mütəşəkkil cinayət təşkilatların öz qanunsuz fəaliyyətlərinin miqyasını genişləndirə bildiyi bir dünyada yaşayırıq. Dünyanın hər yerində olan saxta şirkətlər, xüsusi fondlar və digər qurumlar bu cür fəaliyyətlərin məqsədinə yardım edəcək pul axınlarının həyata keçirilməsinə xidmət edir.”
Maliyyə Hesabatlılığı və Korporativ Şəffaflıq (FACT) Koalisiyası və üzv təşkilatları adından çıxış edən Qari Kalman, qlobal korrupsiyaya qarşı mübarizə üsulunda əsaslı islahatların aparılmasının vacibliyini qeyd edib.
“Hüquq-mühafizə orqanları arasında daha yaxşı koordinasiya və məlumat ötürülməsini təmin etməliyik. Konqres insan hüquqlarını pozan və irimiqyaslı korrupsiya ilə məşğul olan şəxsləri hədəf alan Qlobal Maqnitski qanunu qəbul edərkən əhəmiyyətli bir addım atdı. Lakin bu, yetərli deyil. Məxfilik məsələsi aradan qaldırılaraq anonim şirkətlərin fəaliyyətinə son qoyulmalıdır. Əgər biz çirkli pulları yumaq üçün həmin şirkətlərdən istifadə edənləri müəyyən edə bilmiriksə o zaman biz islahatlar keçirib, qanunu dəyişib həqiqi günahkarları müəyyən etməliyik.”