Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Atambayevin sensasion çıxışı: Nazarbayevə çox ağır sözlər

Tarix:10-10-2017, 11:18 Baxış Sayı:178

Atambayevin sensasion çıxışı: Nazarbayevə çox ağır sözlər

Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəsinin dövlət mükafatlarını təqdim etmə mərasimində Qazaxıstan hakimiyyətinin və şəxsən prezident Nursultan Nazarbayevin ünvanına çox ağır ifadələr işlədib.

Qırğızıstanın demokrat prezidentini qəzəbləndirən Qazaxıstanın onun ölkəsindəki seçkilərə müdaxilə etmək və keçmiş prezident Kurmanbek Bakiyevin klanına dəstək vermək cəhdləri olub.

Atambayev Qazaxıstan oliqarxlarının Bakiyev klanını hakimiyyətə gətirmək cəhdləri haqda danışaraq deyib: “Mən istənilən halda təmiz seçkilər keçirəcəyəm. Hər xalq öz hakimiyyətinə layiqdir. Mən başa düşürəm, qazax hakimiyyəti nəyə görə onları bizə sırımaq istəyir. Onlar Bakiyevi sevirlər. Bakiyevi hələ də Qazaxıstanda öz bayramlarına çağırırlar. Mən hətta Qazaxıstanın ən yüksək rütbəli şəxslərindən dəfələrlə eşitmişəm ki, Bakiyevlər düz eləyib insanları güllələyiblər. Familiyaları deməyəcəm.

Bakiyevləri ona görə dəstəkləyirlər ki, biz qazax xalqına pis nümunə oluruq. Nursultan Abışeviç düz deyir ki, hətta Almatının ÜDM-i Qırğızıstanın ÜDM-indən beş dəfə çoxdur. Qazaxıstanın ÜDM-i Qırğızıstanın ÜDM-indən 20 dəfə çoxdur.

Qazaxıstan vətəndaşına düşən orta illik gəlir Qırğızıstandan 10 dəfə çoxdur. Onda nəyə görə Qazaxıstanda pensiyalar Qırğızıstandan 10 dəfə yox, cəmi 1.5 dəfə çoxdur? Ona görə ki, Qazaxıstanın sərvətlərini oğurlayırlar. Bu gəlirlər Qazaxıstan xalqına gedib çatmır. Və biz onlara pis nümunə oluruq. Atambayev onlara pis nümunədir. Çünki ədalətli hakimiyyət nümunəsi ortaya qoyur. Bizim qonşu vilayətdə, Talasda heç də Qazaxıstandan pis yaşamırlar. Əgər biz adambaşına 10 dəfə çox gəlir əldə etsəydik, pensiyalar da 10 dəfə çox olardı. Çünki mənim hakimiyyətidə Utemuratov kimi oliqarxlar (Bulat Utemuratov) olmayacaqdı, hansı ki, bizim babanovlar, sariyevlər və digərləri gedib qarşısında diz çökür”.

Almazbek Atambayev Qazaxıstan prezidentini şiddətli tənqidə məruz qoymaqda davam edərək daha sonra bildirib: “Mən Nazarbayevin Babanovla (Omurbek Babanov, Qırğızıstanın keçmiş baş naziri, prezidentliyə namizəd) görüşündə dediyi bu sözləri dəstəkləyirəm ki, yaxşı olardı Qırğızıstanda gənc prezident olsun. Lakin bizdə prezidentliyə ən yaşlı namizəd bu gün Nazarbayevdən 20 il gəncdir. Mən isə 16 il ondan gəncəm. Onda gənc prezident kimə lazımdır, bizə, yoxsa Qazaxıstana? Qazaxlar bizim qardaşlarımızdır. Bizim qanımız eynidir. Tarixi də yaxşı bilirik. Qazaxlar, biz 500 il bundan qabaq özümüzə Çingiziləri (Çingiz xanın sülaləsi) sultan seçdik. Amma hərdən elə təəsürat yaranır ki, Qazaxıstanı qazaxlar yox, çingizilər idarə edir. Bizi öyrətmək lazım deyil, biz öz yolumuzu tapmışıq və bu yolla gedəcəyik".

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL