Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Oktyabrın sonunda Rəsul Quliyevin namizədliyi elan olunacaq?

Tarix:10-10-2017, 10:11 Baxış Sayı:176

Oktyabrın sonunda Rəsul Quliyevin namizədliyi elan olunacaq?

Tural Abbaslı: “Bəlli bir kəsimin Rəsul Quliyevin namizədliyini dəstəkləyə biləcəyini ehtimal etmək olar”; Ağasif Şakiroğlu: “Sabiq spikerin lideri olduğu seçki bloku formalaşacaq”

Amerikada mühacirətdə yaşayan sabiq spiker Rəsul Quliyev 2018-ci ilin prezident seçkiləri ərəfəsində ölkəyə qayıdacağı və seçkilərdə iştirak edəcəyini iddia edib.

Maraqlıdır ki, onun hələ özünün də dəqiqləşdirmədiyi, rəsmi bəyan etmədiyi düşüncələri ətrafında müzakirələr gedir. Onun müxalifətin vahid namizədi olmasa da, bəzi siyasi qurumların dəstəyini alacağı ilə bağlı mövqelər yavaş-yavaş gündəmə gəlir.

Bundan əlavə, R.Quliyevin qəfildən peyda olması barədə də mövqelər ən müxtəlifdir. Hakimiyyətin “vurulmuş” məmurlarından sayılan keçmiş spikerin onun taleyini yaşayan şəxslərin seçkilərdə dəstəyini alacağı deyilir. İddialardan biri də budur ki, iqtidarda təmsil olunan müəyyən bir kəsim də Rəsul Quliyevin seçkilərə qatılmasında maraqlıdır.

AĞ Partiya başqanı Tural Abbaslı indiki məqamda R.Quliyevin vahid namizəd ola biləcəyinə inanmır: “Ümumiyyətlə mən düşünmürəm ki, bu seçkilərdə kimsə vahid namizəd ola bilsin. Çünki müxalifət hər dəfə olduğundan daha dağınıq və pərakəndə haldadır. Həm də bu dəfə xalq tərəfindən digər seçkilərdə olduğu kimi vahid namizəd mövzusunda sosial sifariş və basqı da yoxdur. Bəlli bir kəsimin Rəsul Quliyevin namizədliyini dəstəkləyə biləcəyini ehtimal etmək olar. Belə ki, özlərinin resurs və siyasi cəsarətsizliklərini hansısa namizədi dəstəkləməklə sığortalamaq istəyə bilərlər. Ancaq biz AĞ Partiya olaraq heç kimin vahid namizədliyini dəstələmək fikrində deyilik. Bizim öz namizədimiz var və biz partiyamızın namizədi ilə seçkidə iştirak edəcəyik”.

Image result for AĞ Partiya başqanı Tural Abbaslı

Partiya başqanı keçmiş spikerin hakimiyyət daxilində ola biləcək əlaqələrini də istisna etmir: “Rəsul Quliyev uzun müddət hakimiyyətdə ən yüksək postlarda təmsil olunmuş insandır. Yəni onun siyasətçi kimi kifayət qədər təcrübəsi və indiki hakimiyyət daxilində də müəyyən əlaqələri var. Odur ki, indi bizim Rəsul Quliyevin niyə namizədliyini irəli sürməsini analiz etməmiz etik baxımdan yerinə düşməz. Rəsul Quliyevin hansısa qüvvə ilə anlaşmasının olub-olmadığını deyə bilmərəm. Olubsa da, olmayıbsa da bu Rəsul bəyin siyasətçi kimi şəxsi işidir. Ancaq onu deyə bilərəm ki, belə bir razılıq olarsa və hansısa razılaşma daxilində vətənə dönüb namizəd olarsa, bu Azərbaycan üçün yeni və alışılmadıq bir mərhələ olacaq. 2018-ci ilin prezident seçkiləri həm hakimiyyət, həm də müxalifət üçün yeni mərhələyə başlamaq üçün bir şans olmalıdır. Bu şansın dəyərləndirilməsi də ancaq və ancaq dövlətə və millətə xeyir verməlidir. Yox, əgər bu şans da digərləri kimi gözardı edilsə, Azərbaycan bu günə qədər olduğu kimi yenə də uğursuzluğa yuvarlanmağa davam edəcək”.

Related image

R.Quliyevin lideri sayıldığı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu iddialarla bağli bunları dedi: “Rəsul bəy Azərbaycan siyasətinə təsir etməyi bacaran, siyasətdə söz sahibi olan böyük siyasi fiqurlardan biridir. Onun namizədlik açıqlamasının müxalifət liderlərini necə narahat etdiyi göz önündədir. Bu səbəbdən də özləri bildirməsələr də, ətraflarında olan şəxslər vasitəsilə qara piar aparmağa çalışırlar. Uğursuz olacaqlar. Rəsul bəyin indiki siyasi qurumların əksəriyyətinin seçkilərdə namizədi olacağına şübhə etmirəm. Bu istiqamətdə digər siyasi partiyalarla danışıqlar gedir. Sonunda hər kəs bundan xəbərdar olacaq. Bəzi iddialar var. Çirkli insanlarla əməkdaşlığımız olmayıb, olmayacaq da. Lakin hansısa sabiq məmur Rəsul bəyə dəstək verib, ona seçkilərdə səs verəcəksə, buna əngəl ola bilmərik. Artıq bəzi siyasətçilər Rəsul bəyə dəstəklərini ifadə edirlər. ADP sədri Sərdar Cəlaloğlu da bir bildirib ki, Rəsul bəy Azərbaycana gələrsə, partiya onu dəstəkləməyə hazırdır. Ondan sonra KXCP sədri, ağsaqqalımız Mirmahmud Mirəlioğlu belə bir açıqlama verdi. ALDP sədri Fuad Əliyev Rəsul bəyin vahid namizədliyinin yeganə çıxış yolu olduğunu bəyan etdi. Azərbaycan siyasətindən geri çəkilmiş Etibar Məmmədovun da açıqlamasının şahidi olduq. Digər siyasi qüvvələrin də belə mövqelərinin qarşıdakı zamanlarda şahidi olacağıq. Ziyalılarımızın da dəstək məktubları bizə daxil olur. Rəsul bəyin gəlişinə zərurətin ortada olduğu göz önündədir. 2018 seçkiləri tarixə düşəcək seçki olacaq. Bu ayın son bazar günündə partiyamızın və Rəsul bəyin partiya üzvü olmayan tərəfdarlarının birgə tədbiri olacaq. Rəsul bəy də o tədbirə internet vasitəsilə qoşulacaq. Orada bir sıra suallara cavab tapılacaq. O toplantıda Rəsul bəyin namizədliyi elan olunacaq. Hər kəs əmin olsun ki, prezident seçkilərində Rəsul bəy mütləq iştirak edəcək, onun lideri olduğu seçki bloku formalaşacaq”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL