29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
İşğalçı ölkənin Moskvadan daha 100 milyon dollar silah krediti istəməsinin pərdəarxası; Kreml təcavüzkarı özündən daha asılı duruma salmaqda davam edir; Rusiya Azərbaycanın artan hərbi qüdrətindın ehtiyatlanır?..
Rusiya Ermənistana müasir silahların və hərbi avadanlıqların alınması üçün daha 100 milyon dollar dövlət ixrac krediti verəcək. Belə bir razılaşmanın imzalanması məsələsi Ermənistan hökumətinin iclasının gündəliyinə salınıb.
Müqaviləyə əsasən, 100 milyonluq kredit işğalçı ölkəyə 20 il müddətinə veriləcək. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Kredit razılaşmasına əsasən, Ermənistan Müdafiə Nazirliyi və Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyəti arasında ayrı müqavilələr bağlanacaq, silahların və hərbi texnikanın çatdırılmasının müddətləri uyğunlaşdırılacaq.
Yada salaq ki, 2015-ci ilin fevralında da Rusiya ilə Ermənistan arasında silahlarına alınmasına dair 200 milyon dollarlıq kredit razılaşması imzalanıb. Lakin Ermənistanın müdafiə naziri Vigen Sərkisyan bu günlərdə bəyan elədi ki, həmin kredit əsasında silah-sursatın alınması prosesi yalnız bu ilin sonuna kimi yekunlaşacaq. Söhbət reaktiv yaylım atəşli “Smerç”, “İqla C” və bəzi digər sistemlərin alınmasından gedir.
*****
Göründüyü kimi, satellit Ermənistan Rusiyadan əvvəlki kredit həcmində hərbi avadanlıqları alıb qurtarmamış yeni və analoji müqavilə imzalanması nəzərdə tutulur - bu dəfə 100 milyon dollarlıq kredit həcmində. Nəzərə alsaq ki, Rusiya bu silahları forpost Ermənistana daxili bazar qiymətinə, daha ucuz verir, o zaman yeni anlaşma ilə bağlı bir necə qənaətin altını çıxmaq lazım gəlir.

Birincisi, belə bir kredit anlaşması şübhəsiz ki, son vaxtlar erməni ictimai rəyində Rusiyaya qarşı artan narazılığı səngitmək, erməni ictimaiyyətini sakitləşdirmək məqsədi güdür. Narazılığın kökündə isə guya Moskvanın regionda öz yeganə müttəfiqini Azərbaycan və Türkiyədən lazımınca müdafiə eləməməsi, vaxtaşırı Bakı ilə silah sövdələşməsi içində olması ilə bağlıdır. Halbuki Rusiya Azərbaycana silah və döyüş sistemlərini Ermənistandan fərqli olaraq, daxili qiymətlərə yox, dünya bazarı qiymətinə satır. Yəni bundan öz büdcəsi üçün babat paralar qazanır.
İkincisi, belə qənaət hasil olur ki, həm Moskva, həm də və xüsusilə də təcavüzkar tərəf, hər halda, Azərbaycanın son vaxtlar artan hərbi potensialından, ölkəmizin Ermənistan üzərində böyüyən hərbi üstünlüyündən, yəni balans fərqinin artmasından narahatdır. İrəvanda və Moskvada təlaş var ki, bu balansın böyüməsi günün birində Bakını öz ərazilərini silah gücünə azad eləməyə daha da təşviq edə bilər. Sülh prosesində davam edən durğunluq bu narahatlığı bir az da artırır ki, azaltmır.

*****
Azərbaycan isə gerçəkdən də öz silahlı qüvvələrinin hərbi-döyüş hazırlıqlarını intensiv şəkildə davam etdirməkdədir. Söhbət təkcə son vaxtlar qardaş Türkiyə ilə və ya ayrıca keçirilən və intensivləşən genişmiqyaslı hərbi təlimlərdən getmir. Bakı Türkiyə və digər dost-müttəfiq və strateji tərəfdaş ölkələrlə silah ticarətini, hərbi-texniki sahədə əməkdaşlığı da genişləndirir. İki “isti” faktı xatırlatmaq yetər: müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təzəcə başa çatan İsrail və Belarus səfərlərini nəzərdə tuturuq.
Xəbər verdiyimiz kimi, ilk dəfə reallaşan, çoxgünlük İsrail səfəri çərçivəsində Azərbaycanın hərb naziri dünyanın ən müasir raketdən müdafiə sistemlərindən sayılan “Dəmir günbəz” sistemlərinin alınması barədə çox səmərəli müzakirələr aparılıb və yəqin ki, həmin sistemlərin ölkəmizə gətirilməsi zaman, gün məsələsidir (bəlkə də artıq gətirilib).
Məlumatlara görə, hətta ABŞ-ın belə maraq göstərdiyi və İsraildən almağa hazırlaşdığı “Dəmir günbəz” isə Cənubi Qafqazdan Avropaya ünvanlı bütün strateji neft-qaz kəmərlərinin də təhlükəsizliyini təmin edə bilər. Bu isə İrəvanın Azərbaycana qarşı ənənəvi təhdidini (kəmərləri raketlə vurmaq hədəsini) artıq kəsərsiz edir. Üstəlik, Rusiyanın Ermənistanı sakitləşdirmək üçün ona verdiyi “İsgəndər” taktiki raket sistemlərinin yaratdığı üstünlüyü də minimuma endirir.

Z.Həsənovun Belarus səfəri zamanı isə Belarusun “Polonez” uzaq mənzilli reaktiv yaylım atəş sisteminə Azərbaycanın maraq göstərdiyi bəlli olub. Vurma məsafəsi 280 km olan bu sistemlər hətta “İsgəndər” taktiki raket sistemlərinə rəqib sayılır və yəqin ki, Bakı tezliklə onlara da sahib olacaq.
*****
Azərbaycanın hərbi göstəricilərini daha da möhtəşəm edəcək bu kimi gəlişmələr söz yox ki, üçüncü ölkədən müasir döyüş sistemləri və silahları almağa maliyyə imkanları olmayan İrəvanın təlaşını, müharibə xofunu artırır. Ümid qalır yenə Rusiyaya. Rusiya isə aydındır ki, öz vassalını sakitləşdirməkdən ötrü nəsə eləməlidir - hərçənd özünün maliyyə durumu ABŞ və Avropanın sanksiyaları üzündən, yumşaq desək, yaxşı deyil.
Bununla belə, Moskva Ermənistanı bu yolla özündən daha asılı duruma salmış olur. Rusiyanın öz satellitinə 100 milyon dollarlıq kredit silahı ilə bağlı üçüncü mühüm qənaət də elə budur. Yəni Kreml erməniyə silahı elə-belə də vermir, sırf öz maraqlarından çıxış edərək verir. Bu maraqlardan biri də Kremlin Qarabağda böyük müharibədə maraqlı olmamasıdır.