Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
“The Guardian” yazır ki, ABŞ dövlət katibi Rex Tillerson bazar günü verdiyi müsahibədə prezident Trump-ın ötən həftəsonu İranı “darmadağın edən tənqidlərinə” aydlınlıq gətirməli olub.
CNN telekanalının State of the Union proqramında çıxış edən Tillerson deyib ki, ABŞ İranla sazişdə qalmaq istəyir. Dövlət katibi habelə, Çinin Amerikanın Şimali Koreya siyasətindən çaşqınlıq keçirdiyi barədə iddiaları rədd edib.
O deyib ki, diplomatik manevrlər “ilk bomba düşənədək” davam edəcək.
Dövlət katibi eyni zamanda müsahibəni alan Jake Tapper-in təbirincə deyilsə, “axtalanmış” iddiasını qəbul etməyib. Bundan əvvəl Tennessee senatoru Bob Corker demişdi ki, prezident öz hərəkətləri ilə dövlət katibini “axtalanmış” hala salıb.
“Yoxlamışam, Jake, hər şey yerindədir” – deyib Tillerson.
Bunun ardınca TillersonTrump barədə çox mənalarda yozula biləcək tərifli sözlər deyib.
Keçmiş ExxonMobil rəhbəri deyib ki, “bu prezident çox unikaldır”.
“Mən inanmıram ki, bu prezidentin unikal olduğuna kimdəsə şübhə var. Bu bizim yeni tariximizdə ən unikal prezidentdir” – deyib Tillerson.
Tillerson bu müsahibə zamanı da prezidenti “ipləmə” adlandırdığına dair iddiaları rədd edib.
“Mən oyun oynamıram. Washington çevrələrinin öz oyunları var. Bu oyunlar dağıdıcıdır. Mən bu sualı cavabla şərəfləndirmək istəmirəm və Jake, mən bir az təəccüblənmişəm ki, sən dünyada bu qədər problemlər ola-ola belə bir məsələyə bu qədər vaxt sərf etmək istəyirsən” – deyib Rex Tillerson.
Tillerson bir daha vurğulayıb ki, ABŞ İranla imzalanmış nüvə sazişinə sadiq qalır. Ötən cümə günü Trump bu sazişi ləğv edəcəyi ilə hədələmişdi.
Tillerson isə deyib ki, “biz sazişdəki qüsurlara onu imzalamış başqa tərəflərlə birlikdə baxa bilərik, amma biz bu sazişi olduğu kimi qəbul edirik və icrasını istəyirik”.
Trump demişdi ki, əgər ABŞ başqa müttəfiqləri və Konqreslə birlikdə bu saziş barədə həll yolu tapa bilməsə, razılaşma dayandırılacaq.
Tillerson bu mövqeyi də xeyli yumşaltmalı olub. O deyib ki, iranlılar keçmişdə bu sazişin icrasında texniki pozuntulara yol veriblər, amma o pozuntuları aradan qaldırıblar. Deməli hazırda sazişin şərtlərinə əməl etmiş sayılırlar.
“The Guardian” yazır ki, ABŞ-ın BMT-dəki səfiri Nikki Haley də administrasiyanın İran siyasətini müxtəlif bucaqlardan izah etməyə çalışıb.
Haley NBC-nin Meet the Press proqramına müsahibəsində deyib ki, ABŞ İranla sazişi ona əməl olunmadığına görə yox, Şimali Koreya ilə bağlı yaranmış gərginliyə görə nəzərdən keçirir.
“Bizim dediyimiz odur ki, bir gün İran da ikinci Şimali Koreyaya çevrilməsin” – deyib Haley.
Keçmiş namziəd Hillary Clinton ötən bazar günü yayınlanmış müsahibəsində demişdi ki, administrasiyanın siyasəti İran və Şimali Koreya məsələsində çaşqınlıq yaradır və təhlükəli nüvə yarışına yol aça bilər.
Tillerson isə deyib ki, Trump-ın davakar tvitlərinə baxmayaraq ABŞ problemin diplomatik həlli yoluna sadiq qalır.
“Mən bunu bildirmək istəyirəm ki, prezident mənə bu məsələni diplomatik yolla həll etmək istədiyini deyib. O müharibə eləmək istəmir. Diplomatik səylər ilk bomba atılanadək davam edəcək” – deyib Tillerson.
Dövlət katibi deyib ki, “xoşbəxtlikdən prezident Trump-la onun çinli həmkarı arasında çox yaxın münasibət var”
“Mən bilən onlar yeddi-səkkiz dəfə telefonla danışıblar”- deyib Tillerson.