Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Bu həftə Türkiyəni Qərblə çətin söhbətlər gözləyir

Tarix:16-10-2017, 12:25 Baxış Sayı:195

Bu həftə Türkiyəni Qərblə çətin söhbətlər gözləyir

“Financial Times” yazır ki, Avropa İttifaqına üzv ölkələr Türkiyənin təşkilata üzvlüyü ilə bağlı son rəylərini bildirməlidirlər və onlardan bir çoxunun Ankara ilə gərgin münasibətləri Türkiyəni ona üzvlük səyləri ilə bağlı ayrılmış 1 milyard avrodan məhrum edə bilər.

Məqalədə deyilir ki, bu həftə keçiriləcək sammitdə Türkiyə ilə üzvlük danışıqlarının dondurulması və ya birdəfəli ləğvi barədə qərar gözlənilmir. Türkiyənin üzvlük məsələsi ilə bağlı Aİ sammiti Almaniya kansleri Angela Merkel-in təşəbbüsü ilə çağırılıb.

FT yazır ki, Aİ hökumətləri Türkiyədə davam edən təqiblərdən və Avropa vətəndaşlarının həbslərindən qəzəblidirlər, lakin bəziləri Ankara ilə bağlanmış miqrant sazişinin pozula biləcəyindən ehtiyatlanırlar.

Türkiyə bu sazişə əsasən öz üzərinə Avropaya miqrant axınının dayandırılmasını götürüb.

Bir Aİ diplomatı deyib ki, söhbət “tam və səmimi” olacaq. Almaniya başda olmaqla bir sıra Avropa ölkələri Türkiyəyə dair müzakirələrin ictimaiyyət üçün açıq olmasını istəyir.

Başqa bir Aİ diplomatı isə FT-yə deyib: “Türkiyə ölkədə insan haqlarının vəziyyəti və qanunun aliliyi məsələsində Avropadan aralanmaqda davam edir. Bu elə bir situasiyadır ki, Avropa ona Türkiyə-Aİ münasibətlərinin, üzvlük məsələsi də daxil bütün aspektlərini nəzərdən keçirməklə cavab verməlidir”.

Diplomatlar bildiriblər ki, Avropa İttifaqı ilə Türkiyə arasında əldə edilmiş razılaşmaya görə, Türkiyəyə üzvlük üçün islahatların keçirilməsi məqsədilə 4 milyard avro verilməsi məsələsi debatların əsas mövzusu olacaq.

FT yazır ki, ən pis halda Türkiyəyə 2020-ci ilədək hər il 600-700 milyon avroluq tranşlarla verilməli olan təzminatın dörddə üç nisbətində ixtisarı baş verə bilər.

Söhbət ilk növbədə infrastrukturun və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün ayrılan pullardan gedir.

Türkiyəyə münasibətdə ən yumşaq variant yalnız hökumətin QHT-lərinə veriləcək pulun kəsilməsi olardı.

FT yazır ki, bu sammitin keçirilməsi planları Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la Almaniya kansleri Angela Merkel arasında münasibətlərin nə dərəcədə gərgin olduğunu göstərir.

Almaniyada ötən seçki kampaniyası zamanı xanım Merkel Türkiyənin Aİ-yə üzv qəbul edilməməsinə çağırmışdı.

FT yazır ki, Avropa İttifaqının danışıqları həm də Ankara-Washington münasibətlərinin son dərəcə gərgin dönəminə təsadüf edir.

ABŞ səfirliyi İstanbuldakı konsulluğunda bir əməkdaşın həbsi ilə bağlı Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq ABŞ-dakı Türkiyə səfirliyi də eyni addımı atıb.

Bəzi Avropa ölkələri narahatdırlar ki, Avropaya qaçqın axınını dayandırmalı olan NATO üzvü Türkiyə ilə eyni gərginlik yaşana bilər.

Məqalədə deyilir ki, hətta Ankaranın ən kəskin tənqidçiləri də Avropa İttifaqı daxilində Türkiyə ilə rəsmi danışıqların tam dayandırılmasını istəyənlərin çoxluğa malik olmadığını bilirlər.

Bu danışıqlar bütün hallarda hazırda dalana dirənib. Bir Avropa diplomatı deyib ki, bu sammitdə iki yoldan biri seçilə bilər: “ya sadəcə olaraq narahatlıqların mövcud olduğunun qəbul edilməsi” və ya Ankaraya qarşı bundan daha sərt addımlar.

Avropa ölkələrindən bəziləri Türkiyəyə veriləcək pulun kəsilməsini münasib variant sayırlar. Onların fikrincə, bu puldan miqrant probleminin həlli üçün istifadə oluna bilər.

2016-cı ildə bağlanmış miqrant sazişinə görə, Türkiyə Yunanıstan adalarına gəlmiş qaçqınları qəbul etməyə razılıq verib.

Bu razılaşmaya əsasən, əgər Türkiyə öhdəliklərini yerinə yetirərsə, 2018-ci ilin sonunadək Ankaraya 3 milyard avro ödənilməsi nəzərdə tutulub.

FT yazır ki, Ankara Aİ üzvlüyünə qəbul üçün ayrılmış pulun kəsilməsini böyük bir ehtimalla Aİ-nin Türkiyəyə qarşı düşmən hərəkəti kimi təqdim edəcək.

Ola da bilsin ki, Ankara bu pulun onun böyük iqtisadiyyatı qarşısında “heç nə olduğunu” deyərək özünü qərara məhəl qoymamış kimi aparsın.

Avropa İttifaqında gələn həftə bu sammitdən heç də az əhəmiyyəti olmayan başqa bir hadisə də gözlənilir.

Avropa Komissiyası Türkiyənin üzvlük islahatları sahəsində tərəqqisinə dair hələ aprel ayında hazırlanmalı olan hesabatı bu həftə açıqlayacaq.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL