Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
“Bizim üçün yeganə həll Qarabağın Azərbaycanın tərkibində olmamasıdır”
Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 16-sı Cenevrədə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdən sonra diaspor nümayəndələri ilə bir araya gəlib.Serj Sərkisyan İsveçrədəki erməni diasporunun təmsilçilərinə İlham Əliyevlə görüş barədə bunları deyib: “Problemin həll variantları üzrə hər hansı razılaşma əldə olunmadı. Ancaq biz ön xətdə itkilərin qarşısını almaq üçün gərginliyin bir qədər də azaldılması istiqamətində səy göstərməyə qərar verdik. Həm Azərbaycan prezidenti, həm də mən buna çox can atırıq”.
Serj Sərkisyan Qarabağ probleminin həllinin çətin iş olduğunu vurğulayıb: “Amma istərdim bir şeyə arxayın olasınız. Bizim üçün Dağlıq Qarabağın təhlükəsizliyini hansısa formada pozacaq həll variantı yoxdur. Bizim üçün yeganə həll Qarabağın Azərbaycanın tərkibində olmamasıdır. Heç bir erməni rəhbər bunun əksinə qərar qəbul edib gerçəkləşdirə bilməz”.
İlham Əliyevlə Serj Sərkisyan İsveçrənin BMT-nin mənzil-qərargahında və başqa beynəlxalq təşkilatlardakı nümayəndəsinin iqamətgahında görüşüblər. Görüşdə iki ölkənin xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri, ATƏT sədrinin xüsusi nümayəndəsi iştirak ediblər. Prezidentlər təkbətək də bir araya gəliblər.
Bu, Azərbaycan və Ermənistan prezidentlərinin 2017-ci ildə ilk görüşü olub.
1988-ci ildən Ermənistan Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparmaq üçün təcavüzə başlayıb. 1991-ci ildə erməni separatçılar Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca alovlanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın nəzarətinə keçib.
Serj Sərkisyan işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun müəyyənləşməsini nəzərdə tutur.