Anons

Bu gün, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

Dünən, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

Haqqımızda Əlaqə

Son yazısında “hara baxsan fırıldaqçılardır” yazan jurnalist öldürüldü

Tarix:17-10-2017, 13:44 Baxış Sayı:187

Son yazısında “hara baxsan fırıldaqçılardır” yazan jurnalist öldürüldü

“The Telegraph” yazır ki, Maltanın baş naziri ölkənin ən tanınmış təhqiqat jurnalistinin qətlindən sonra milli birliyə çağırıb.

53 yaşlı jurnalist Daphne Caruana Galizia korrupsioner siyasətçilər və dələduz biznesmenlər haqqında qamçılayan tənqidi yazıları ilə tanınırdı. O, bazar ertəsi evindən çıxdıqdan az sonra sürdüyü avtomobildə baş vermiş partlayış nəticəsində həlak olub.

Polis bildirib ki, bomba jurnalist günorta saatlarında avtomobili ilə Maltanın şimalındakı Bidniya kəndinin yanından keçərkən partlayıb.

Maltanın baş naziri Joseph Muscat bu qətli “mətbuat azadlığı üzərinə vəhşi hücum” adlandırıb.

“Mən bu məsələdə ədalət yerini tapmayınca rahatlıq bilməyəcəyəm. Ölkəmizin ədalətə ehtiyacı var” – deyib baş nazir televiziya ilə müraciətində.

Caruna Galizia-nın “Running Commentary” adlı bloqu Maltada çıxan bütün qəzetlərin birlikdə tirajından daha çox oxunurdu. Jurnalist bu bloqda Panama sənədləri kimi tanınan korrupsiya iddiaları əsasında təhqiqat yazıları ilə çıxış edirdi.

“The Telegraph” yazır ki, onun çox vaxt şəxsləri hədəfləyən yazıları jurnalistin tez-tez məhkəmələrə çəkilməsi ilə nəticələnirdi.

Bu ilin əvvəllərində Politico jurnalı Galizia-nı “Avropanı silkələyən” 28 kişi və qadından biri adlandırmışdı.

Jurnalist təhqiqat yazılarında ölkənin siyasi rəhbərliyini korrupsiya və dostbazlıqda ittiham edirdi.

O, 2016-cı ildə iddia edirdi ki, Panama sənədləri ovaxtkı enerji naziri Konrad Mizzivə Muscat administrasiyasının başçısı Keith Schembri-nin gizli ofşor şirkətlərinə sahib olduqlarını göstərir.

Mizzi və Schembri bu iddiaları inkar edirlər.

Bu ilin əvvəllərində xanım Caruna Galizia iddia etmişdi ki, Maltada yerləşən kiçik banklardan birinin sənədləri baş nazir Muscat-ın arvadının Panamada şirkət sahibi olduğunu göstərib.

Jurnalist bunu da iddia edirdi ki, bu şirkət və Azərbaycandakı bank hesabları arasında böyük pulların köçürülməsi qeydə alınıb.

Baş nazir və arvadı bu ittihamları rədd edirlər. Cənab Muscat Caruana Galizia-nın iddialarına görə erkən seçki çağırmağa məcbur olmuş və bu seçkidə çətinliklə qalib gəlmişdi.

“The Guardian” qəzeti yazır ki, bu ilin əvvəllərində, Malta Avropa İttifaqının prezidenti olarkən jurnalistin açıqlamaları Brüsseldə böyük hay-küyə səbəb olmuşdu.

O vaxt Avropa Parlamentinin üzvləri Muscat-ın arvadının adına Panamada olduğu söylənən şirklətlə Azərbaycan prezidentinin ailələsi arasında iddia edilən ödənişlərlə bağlı iddialara görə Muscat-dan dərhal istefa verməsini tələb edirdilər.

Jurnalistin qətli ilə bağlı Almaniyadan olan Avropa millət vəkili Sven Giegoldsarsıldığını bildirib.

Giegold deyib ki, belə hadisələr Avropa İttifaqını yox, Putin Rusiyasını xatırladır.

“Avropa İttifaqında mətbuat üzərinə hücumlar və ifadə azadlığının pozulmasına dözüm göstərilə bilməz” – deyib millət vəkili.

Qəzet yazır ki, son illərdə Maltada bir neçə avtomobil partlayışları törədilib. Bu hadisələri törədənlər müəyyən edilməsə də, hücumların kriminal dəstələr arasında mübahisələrdən qaynaqlandığına inanılır.

Caruana Galizia-nın ölümü onun əri və üç oğlu üçün dəhşətli zərbə olub.

Ölümündən bir-neçə saat əvvəl yazdığı son bloqda jurnalist onun ifşa etdiyi korrupsiya hallarının ləng araşdırılmasından şikayətlənirdi.

O, son məqaləsinin son cümləsində yazırdı: “Hara baxsan fırıldaqçılardır. Vəziyyət ümidsizdir”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL